Elanlar

Dəri tikişləri. Master klass. Modul 1

Dəri tikişləri. Master klass. Modul 1

19.08.2017

HekimTap-ın və Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının birgə təşkilatçılığı ilə 29-30 avqust 2017-ci il tarixlərində Avropa Plastik, Rekostruktiv və Estetik Cərrahiyyə Kollegiyasının üzvü Uzm. Dr. İlyas Axundzadə tərəfindən “Dəri tikişləri. Nəzəriyyə. Praktika.” adlı master-klass keçiriləcək!

Təlimin Proqramı:

I gün  29 avqust 
13.30-14.00 Qeydiyyat
14.00-14.10 Açılış: Təhsil üzrə menecer Məmmədova Mərziyyə 
14.10-15.10  Nəzəri bölüm:Dəri quruluşu. Yara tərifi, yara növləri. Yara sağalması, yaranın qızıl periodu və ilkin cərrahi işləməsi.Tikiş göstərişləri və əks göstərişləri. Tikiş növləri.Qayçı, pinset və iynətutandan istifadə etməsi. Təhlükəsizlik texnikası.
15.10-16.10 Praktiki bölüm: Xarici düyünlü tikişlər. Dəri altı (dermal) düyünlü tikişlər. Derma, iynənin giriş - çıxış yerləri işarələnmiş süngər üzərində. Sadə kəsilməz tikiş. İntradermal tikiş. Derma işarələnmiş süngər üzərində. 
16.10-16.30 Coffee-break
16.30-17.00 Nəzəri bölüm: Üzün kəskin yaralanmaları. Tikiş materialı anlayışı, iynə və sap növləri, istifadə sahələri. 
17.00-17.30 Praktiki bölüm: Döşək (matras) tikişləri – üfuqi, şaquli, yarı-bastırılmış, kəsilməz. İşarəsiz süngər üzərində.

II gün 30 avqust
14.00-14.40 Nəzəri bölüm: Yerli keyləşdirmə anlayışı, dərmanlar, tədbiq protokolu, fəsadlar və onların aradan qaldırılması.Dodaq, göz, qaş, burun dəlikləri və qulaq tikilməsinin xüsusiyyətləri. Aseptika və antiseptika haqqında əsas anlayışlar. .
14.40-15.10 Praktiki bölüm: Yaranın antiseptik məhlulu ilə təmizlənməsi və cərrahi əlcəkdə tikiş tədbiqi (sünqər üzərində). 
15.10-15.40  Coffee-break
15.40-16.00 Nəzəri bölüm: Cərrahiyyədə nizam-intizam anlayışı, subordinasiya. Cərrah asistentinin funksiyaları.
16.00-16.30 Praktiki bölüm: Asistent iştirakı ilə yara tikilməsi: “qan” (boya) ilə islanmış süngər üzərində yaraların tikilməsi və asistentin yaranı tampon ilə qurutması.
16.30-17.00 Yekun imtahan. 
17.00-17.30 Sertifikatların təqdimatı. 

İştirak üçün şərtlər:
Təlim yalnız həkimlər, rezidentlər və tibb tələbələri üçün nəzərdə tutulub. 
Aparılan dil: Azərbaycan, sual-cavab – Azərbaycan, Rus
Sertifikat verilir (HekimTap)
Təlim  ödənişlidir. Qeydiyyat ödəniş ediləndən sonra təsdiqlənəcək. Qeydiyyatın son günü 27 avqust 2017-ci il

Tədbirdə iştirak etmək üçün aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz: 
https://goo.gl/forms/kUQUn7kgDeLFjYvg2

Tarix: 29-30.08.2017
Məkan: Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası, 13-cü mərtəbə.
Ünvan: Bakı şəh., Səməd Vurğun küçəsi, 155
Əlavə məlumat üçün əlaqə:
Tel.:   (+994) 12 498-23-84
Mob.: (+994) 55 457-48-03
E-mail: marziyya@hekimtap.com   
Web sayt: www.hekimtap.com