Xəbərlər

Rezidentlər üçün növbəti seminar keçirilib.

Rezidentlər üçün növbəti seminar keçirilib.

22.02.2020

Fevralın 20- də ATU-nun Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün növbəti ənənəvi seminar keçirilib. Seminarda İnvaziv kardiologiya şöbəsinin I kurs rezidenti Nailə Vəliyevanın “İvabradin, Dapoqliflozin, Sakubitril- valsartan tədqiqatları. Rəhbər tövsiyələrinə gedən yol” mövzusunda etdiyi məruzəsi dinlənilib.

Elmi rəhbəri İnvaziv kardiologiya şöbəsinin assistenti Yasmin Rüstəmova olan məruzəçi çıxışında ürək-damar xəstəliklərini əmələ gətirən səbəblərdən bəhs edib və ürək fəaliyyətinin çatışmazlığı zamanı istifadə olunan dərman maddələrinin təsirindən geniş söhbət açıb. O, qeyd edib ki, ürək çatışmazlığı zamanı dərman vasitələrinin istifadə qaydalarına ciddi əməl olunmalı, dərmanın təsiri mexanizminin nədən ibarət olduğu öyrənilməli və ürəyin nəbzini azaldan vasitələrindən düzgün istifadə edilməlidır.

Sözünə davam edən məruzəçi bildirib ki, son illər ürək-damar xəstəliyi, eyni zamanda ürək fəaliyyətinin çatışmazlığı sindromu nəinki ölkəmizdə, eləcə də bütün dünyada böyük problemə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə bu xəstəlikdən əziyyət çəkənlərin sayı 30-40 % çoxalıb və bu xəstəliklərdən ölənlər isə digər xəstəliklərlə müqayisədə birinci yerdədir.

Diskussiya formasında keçən seminarın gedişində mövzuya dair suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Rezidentlər üçün növbəti seminar keçirilib.
Rezidentlər üçün növbəti seminar keçirilib.