Xəbərlər

ADBİTA-əməkdaşları ilə ATU-nun rezidentləri arasında görüş keçirilib

ADBİTA-əməkdaşları ilə ATU-nun rezidentləri arasında görüş keçirilib

12.02.2020
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşları ATU- nun Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarında rezidentlər ilə birgə "İdman tibbi və reabilitasiya" ixtisaslaşması üzrə magistratura proqramı çərçivəsində görüş keçirilib.
Toplantını açan rezidentura şöbəsinin Tədris Cərrahiyyə Klinikası üzrə məsul şəxsi, assistent Namiq Xəlilov tədbirin məqsədini açıqlayıb və ADBTİA- dan gələn qonaqları iştirakçılara təqdim edib.
Sonra ADBTİA- nın “İdman,  tibbi və reablitasiya” magistratura proqramının kordinatoru Zərifə  Kamilova proqram haqqında ətraflı məlumat verib:
“Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ingilis dilli "İdman tibbi və reabilitasiya" ixtisaslaşmasına dair magistratura proqramı üzrə təhsil aparılır. Magistratura proqramı klinik ixtisaslar üzrə rezidenturanı və ya internaturanı bitirmiş həkimlər üçün nəzərdə tutulmuşdur. Bu proqram həkimlərə idman və fiziki fəaliyyət tibbi, o cümlədən idman zədələnmələri üzrə sübutlara əsasən dərin biliklər verir. Proqram modul tiplidir. Modullardan birinin tədrisi Böyük Britaniyada aparılır. Proqram üzrə təhsil elə təşkil olunur ki, həkimlər əsas iş yerlərini saxlamaqla proqram üzrə də təhsil ala bilirlər.”
Sözünə davam edən kordinator bildirib ki, proqram üzrə təhsil 2020-ci ilin sentyabr ayından başlayır və  proqramın müddəti 2 ildir. Təhsil haqqı (2020-2021-ci tədris ili üçün) Azərbaycan Respublikasının vətəndaşları üçün 4500 AZN, əcnəbi vətəndaşlar üçün 4500 USD təşkil edir.
Proqramın direktoru - London Kollec Universitetinin və İdman, Fiziki fəaliyyət və Sağlamlıq İnstitutunun İdman və fiziki fəaliyyət tibbi üzrə professoru, bundan başqa Avropanın İdman tibbi üzrə təhsil standartının müəllifi Maykl Pol Luzmordur: “O, Böyük Britaniyanın milli idman komandalarının baş həkimi kimi onları Olimpiya və Millətlər Birliyi Oyunları, Dünya və Avropa çempionatlarında müşayiət etmişdir. Hal-hazırda isə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Boks üzrə İşçi Qrupunun tibbi rəhbəridir. Professor Maykl Pol Luzmor İdman və fiziki fəaliyyət tibbi sahəsində xidmətlərinə görə Böyük Britaniya İmperiyası ordeninin kavaleri (MBE) mükafatı ilə təltif edilmişdir.”
Proqramın mütləq və seçmə modullardan, dissertasiya işinin (magistr tezisinin) hazırlanmasından və klinik sessiyalardan ibarət olduğunu söyləyən Z. Kamilova qeyd edib ki,  təhsil müddətində bərpa və reabillitasiyanın, yuxarı və aşagı ətraf, baş, beyin, boyun, onurğa zədələnmələri və onların reabilitasiyası, nevroloji, kardioloji reabilitasiya, hərəki fəaliyyətin fiziologiyası, fiziki fəaliyyət və sağlamlıq, tədqiqat üsulları, psixologiya, ali məktəb pedaqogikası və digər modullar tədris olunur. Tədris idman tibbi və reabilitasiya sahəsinin aparıcı professor-müəllim heyəti tərəfindən aparılır.
Çıxışının sonunda Zərifə  Kamilova  toplantı iştirakçılarını maraqlandıran sualları da cavablandırıb.
Görüşdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ixtisasartırma proqramının direktoru Təranə Əhmədova və  ATU-nun rezidentləri, eləcə də bu proqramla maraqlanan gənc həkimlər  iştirak edirdilər.
Ətraflı məlumat almaq üçün aşağıdakıları nəzərinizə çatdırırıq:
Karyera;
Proqramı yüksək balla bitirən məzunlar Londonun Kollec Universitetində doktorantura (PhD) təhsili almaq imkanı əldə edəcəklər. Onlar elit idmançılar üçün tibbi xidmətlərdən tutmuş, ümumi əhali üçün reabilitasiya xidmətlərinədək müxtəlif sahələrdə çalışmağa hazır olacaqlar.
Qəbul;
Klinik ixtisaslar üzrə rezidenturanı və ya internaturanı bitirmiş həkimlər qəbul üçün müraciət edə bilərlər. İngilis dili üzrə biliklərin ən azı İELTS 6.5 və ya TOEFL İBT 82 səviyyəsində olması tələb olunur.
Qəbul qaydaları;
Azərbaycan vətənlaşları üçün:
Magistratura proqramına qəbulun birinci mərhələsi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılır. Birinci mərhələdə namizədlərin məntiqi təfəkkürü, informatika və xarici dili (ingilis dili) bilmə səviyyələri test üsulu ilə yoxlanılır. Müsahibə mərhələsinə birinci mərhələdə DİM-in müəyyən etdiyi keçid balını toplamış namizədlər buraxılırlar.
Qəbulun birinci mərhələsi 23.02.2020-ci il tarixində keçiriləcəkdir.
Qeydiyyat üçün son tarix 13.02.2020-ci ildir.
Qeydiyyatdan keçmək üçün link http://ekabinet.dim.gov.az/
Qəbulun ikinci mərhələsi ADBTİA daxilində müsahibə şəklində DİM nümayəndələri, ADBTİA-nın rəhbərliyi və proqram rəhbəri professor Maykl Pol Luzmorun iştirakı ilə keçirilir.
Əcnəbilər üçün;
Əcnəbilər üçün qəbul proseduru ərizənin və tələb olunan digər sənədlərin onlayn təqdim edilməsindən və ADBTİA-nın rəhbərliyi və proqramın rəhbıri professor Maykl Pol Luzmorla müsahibədən ibarətdir.
Azərbaycan vətəndaşları üçün Magistratura şöbəsi;
[email protected]
+99412 564 73 88
+99450 626 62 46
Əcnəbi vətəndaşlar üçün Beynəlxalq əlaqələr şöbəsi;
[email protected]
+99412 564 09 02

 

ADBİTA-əməkdaşları ilə ATU-nun rezidentləri arasında görüş keçirilib
ADBİTA-əməkdaşları ilə ATU-nun rezidentləri arasında görüş keçirilib
ADBİTA-əməkdaşları ilə ATU-nun rezidentləri arasında görüş keçirilib
ADBİTA-əməkdaşları ilə ATU-nun rezidentləri arasında görüş keçirilib