Xəbərlər

Rezidentlərin növbəti seminarı keçirilib

Rezidentlərin növbəti seminarı keçirilib

25.12.2019

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün seminar keçirilib. Seminarda rezident Aliyə Seyidova “Cərrahi xəstələrdə əməliyyatönü müayinələr, cərrahi riskin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

 

O, xəstələrin əməliyyatönü necə hazırlanmasından, obyektiv və subyektiv müayinələrin aparılmasından, alınan nəticələrə uyğun cərrahi əməliyyatların aparılıb-aparılmamasından və mövzuya uyğun digər məsələlərdən söhbət açıb.

 

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallara ətraflı şəkildə cavab verilibdir.

Rezidentlərin növbəti seminarı keçirilib
Rezidentlərin növbəti seminarı keçirilib