Xəbərlər

Tədris Cərrahiyyə Klinikasında daha 6 şöbənin hesabatı dinlənilib

Tədris Cərrahiyyə Klinikasında daha 6 şöbənin hesabatı dinlənilib

21.12.2019

Poliklinika şöbəsinin müdiri Səadət İsrafilova şöbənin illik hesabatını təqdim edərək əvvəlcə tibbi personal haqqında qısa məlumat verib. O, şöbədə bölmələr üzrə aparılan müayinələrin statistikasını da diqqətə çatdıraraq bildirib ki, 16088 xəstə rentgen, 4263 xəstə KT, 4738 xəstə MRT, 3103 xəstə angioqrafiya, 28 561 xəstə isə USM müayinəsindən keçib. Hesabat dövründə lor, stomatologiya, travmatologiya, neyrocərrahiyyə, ginekologiya, qadın məsləhətxanası, neanatologiya, endokrinologiya, terapiya, urologiya, nefrologiya, nevrologiya, dermatologiya, kardiologiya, transplantologiya, cərrahiyyə və digər xəstəliklər üzrə ambulator xəstə sayını da açıqlayan şöbə müdiri 475 nəfərə peyvənd, 75 nəfərə dietoloq, 110 nəfərə psixoloq, 42 nəfərə kosmetoloq və ümumilikdə 204651 nəfərə labarotoriya xidməti göstərildiyini deyib.

Endoskopiya şöbəsinin hesabatını təqdim edən dosent Tanrıverdi Rzayev əvvəlcə şöbənin fəaliyyət istiqamətlərindən danışıb. Bundan sonra diaqnostik və invaziv endoskopiyanın 2018-2019-cu illəri əhatə edən statistik göstəricilərini və həkimlər arasında necə paylanmasını nümayiş etdirib.

Şöbənin elmi fəaliyyətindən də söhbət açan dosent T.Rzayev alınmış nəticələrin bir sıra konfranslarda müzakirə olunduğunu, yerli və xarici jurnallarda dərc edildiyini söyləyib.

Əməliyyat bloku şöbəsinin müdiri, assistent Canəli Nəbiyev də şöbənin illik hesabatını təqdim edib. O, əməliyyat bloku və sterilizasiya şöbələrindən təşkil olunan şöbədə 11 nəfərdən ibarət şəxsi heyətin çalışdığını deyərək, əməliyyat otaqları haqqında da məlumat verib. Şöbədə uğurla tətbiq olunan müasir cihazlarla yanaşı, istifadəyə yararsız, alınıb istifadə olunmayan alət və avadanlıqların hələ də qaldığını təəssüflə qeyd edən şöbə müdiri ayrı-ayrı şöbələrin hesabat bölgüsünü də diqqətə çatdırıb.

Reanimasiya və intensiv terapiya şöbəsinin müdiri, assistent Cavid Paşayev şöbənin illik hesabatını təqdim edərək bildirib ki, yatan xəstələrin sayı 1039, ümumi yatış günü 1540, süni tənəffüz aparatında olan xəstə sayı isə 869 olub.

Şöbə müdiri təcili yardım tərəfindən, eləcə də əməliyyatdan gələn, evə və başqa xəstəxanaya transfer olunan xəstələrin sayını, həmçinin yaş qruplarına görə xəstə sayının statistikasını da açıqlayıb.

Sığorta şöbəsinin müdiri İlahə Xəlilova əvvəlcə tibbi sığorta və icbari tibbi sığorta mexanizmi haqqında ətraflı məlumat verib. 10 yerli və 1 beynəlxalq sığorta şirkəti ilə əməkdaşlıq etdiklərini söyləyən İ.Xəlilova 2019-cu il üçün ümumi dövriyyədə sığorta şirkətlərinin payından, xəstənin yönləndirmə prinsipindən də söhbət açıb. Həmçinin, pasiyent sayı və dövriyyənin artırılması istiqamətində görülən işlərdən danışıb.

Marketinq işlərinin hesabatını təqdim edən şöbə müdiri Mehriban Əliyeva 2019-cu ildə klinikada 14 konfrans, 9 növdə kurs, 5 xeyriyyə aksiyasının keçirildiyini, həkimlərin ödənişsiz və endirimli qiymətlərlə kampaniyalar apardıqlarını, Milli Mətbuat Günündə media nümayəndələrinin pulsuz müayinədən keçdiklərini vurğulayıb.

Klinikada keçirilən bütün tədbirlərin sosial mediada, ölkə mətbuatında və yerli televiziya kanallarında yetərincə işıqlandırıldığını söyləyən M.Əliyeva universitetimizin 90 illik yubileyinə həsr olunmuş filmdə klinikamıza da geniş yer ayrılacağını bildirib.

Klinikanın direktoru, professor Surxay Hadıyev və klinikanın baş həkimi, professor Ramiz Poluxov burada səslənən bəzi təklif və suallara aydınlıq gətirərək təqdim olunan hesabatlarla bağlı tövsiyələrini veriblər.

Tədris Cərrahiyyə Klinikasında daha 6 şöbənin hesabatı dinlənilib
Tədris Cərrahiyyə Klinikasında daha 6 şöbənin hesabatı dinlənilib
Tədris Cərrahiyyə Klinikasında daha 6 şöbənin hesabatı dinlənilib
Tədris Cərrahiyyə Klinikasında daha 6 şöbənin hesabatı dinlənilib
Tədris Cərrahiyyə Klinikasında daha 6 şöbənin hesabatı dinlənilib
Tədris Cərrahiyyə Klinikasında daha 6 şöbənin hesabatı dinlənilib
Tədris Cərrahiyyə Klinikasında daha 6 şöbənin hesabatı dinlənilib