Xəbərlər

EUCAST inkişaf laboratoriyasının dosenti tərəfindən Tədris Cərrahiyyə Klinikasında treninq keçirilib

EUCAST inkişaf laboratoriyasının dosenti tərəfindən Tədris Cərrahiyyə Klinikasında treninq keçirilib

04.12.2019

Antibiotiklər, mikroorqanizmlərin səbəb olduğu infeksiyon xəstəliklərin müalicə və profilaktikasında istifadə olunan, klinik əhəmiyyət daşıyan dərman preparatlarıdır. Antibiotiklərin kəşfi, insan sağlığı baxımından əhəmiyyətli dönüş nöqtəsi olmuş və bu dərmanların klinikada istifadəsi infeksiyon xəstəliklərin ölüm və ağırlaşma nisbətini ciddi azaltmışdır. Antibiotiklərin kəşfi ilə yanaşı, mikroorqanizmlərin bu dərmanlara qarşı davamlılıq qazanması və lazımi tədbirlərin görülməməsi hallarında mövcud antibiotiklərin infeksiyon xəstəliklərin müalicəsində təsirini itirəcəyi, dolayısı ilə insanlığın antibiotikdən əvvəlki dövrlə yenidən qarşılaşa biləcəyi bildirilmişdir. Antibiotik davamlılığı bütün dünyanın sadəcə bu gününü deyil, gələcəyini də maraqlandıran əhəmiyyətli səhiyyə problemidir.

Antibiotik davamlılığın qarşısının alınmasına yönəlmiş tədbirlərin əhəmiyyətinin fərqinə varılması yeni hal deyil. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1998-ci ildə üzv olan ölkələrin antibiotik davamlılığına qarşı tədbirlər qərara almış, 2001-ci ildə antibiotik davamlılığının təsnifatına yönəlmiş ÜST Qlobal strategiyasını hazırlanıb.

2015-ci ilin may ayında 68-ci Dünya Sağlamlıq Assambleyasında Antibiotiklərə qarşı rezistentliyi (AMR) üzrə Qlobal Fəaliyyət Planı qəbul edilib. AMR üzrə milli fəaliyyət planının hazırlanması, antibiotiklərə qarşı davamlılığa və onun istehsalına, infeksiya profilaktikasına nəzarətin gücləndirilməsi bu planın vacib elementləridir. Mikrobioloji nəzarət və laboratoriya işçilərinin biliklərinin artırılması AMR ilə mübarizədə əhəmiyyətli komponentlərdən biridir.

Azərbaycan Mərkəzi Asiya və Şərqi Avropanın Antibiotiklərə Qarşı Rezistentliyə Nəzarət (MAŞAAMRN) şəbəkəsinin üzvüdür. 2019-cu ilin may ayında ÜST nümayəndə heyəti Azərbaycanda səfərdə olmuş və antibiotiklərə qarşı rezistentlik (AMR) üzrə qiymətləndirmə həyata keçirilib. Qiymətləndirmənin nəticəsində Mikrobioloji nəzarət və laboratoriya üzrə potensialın artmasına ehtiyac olduğu müəyyən edilib.

Qiymətləndirmənin tövsiyələrinə əsasən, Azərbaycan Tibb Universitetinin Tədris Cərrhiyyə Klinikasının Mərkəzi Laboratoriyası beynəlxalq standartlara uyğun müayinələrin aparılması üzrə potensialı olduğundan treninqin keçirilməsi və gələcəkdə istinad (referens) laboratoriya kimi təyin olunması tövsiyə edilib.

25-28 noyabr 2019-cu il tarixində ÜST-nın təşkilatçılığı ilə EUCAST (The European Committee on Antimicrobial Susceptibility Testing) inkişaf laboratoriyasının dosenti Onur Karatuna tərəfindən ATU TCK-da treninq keçirilib. Treninq çərçivəsində günün birinci yarısı mühazirələr oxunub, ikinci yarısında isə mərkəzi laboratoriyada praktik məşğələlər aparılıb. Treninqlərdə qlobal problem olan antibiotik rezistentlik, milli antibiotik davamlılığa nəzarət və CAESAR (Central Asian and European Surveillance of Antimicrobial Resistance network), antibiotik həssaslıq testlərinin qoyulmasında müasir qaydalar, ən çox olunan yanlışlar və s. mövzularda geniş müzakirələr aparılıb. ATU-nun Tədris Cərrahiyyə Klinikasının mərkəzi laboratoriyasının həkim mikrobioloqu Leyla Həşimova bildirdi ki, laboratoriyamızda mikrobioloji müayinələr 2014-cü ildən EUCAST statandarlarına əsasən aparılır. Həkimin sözlərinə görə, mərkəzi laboratoriyanın rezidentura təhsili çərçivəsində həkim-mütəxəssis yetişdirməsi nöqteyi-nəzərindən bu treninqin keçirilməsi klinikamızdan və digər müəssisələrdən iştirak edən həkimlər üçün çox faydalı oldu.

EUCAST inkişaf laboratoriyasının dosenti tərəfindən Tədris Cərrahiyyə Klinikasında treninq keçirilib
EUCAST inkişaf laboratoriyasının dosenti tərəfindən Tədris Cərrahiyyə Klinikasında treninq keçirilib
EUCAST inkişaf laboratoriyasının dosenti tərəfindən Tədris Cərrahiyyə Klinikasında treninq keçirilib
EUCAST inkişaf laboratoriyasının dosenti tərəfindən Tədris Cərrahiyyə Klinikasında treninq keçirilib
EUCAST inkişaf laboratoriyasının dosenti tərəfindən Tədris Cərrahiyyə Klinikasında treninq keçirilib