Xəbərlər

Həkim: “Kolposkopiya müayinəsi vasitəsilə uşaqlıq boynun xərçəngi aşkar etmək olar”

Həkim: “Kolposkopiya müayinəsi vasitəsilə uşaqlıq boynun xərçəngi aşkar etmək olar”

03.12.2019

Qadınlarda onkoloji xəstəliklər arasında uşaqlıq boynun xərçəngi rastgəlmə tezliyinə görə ikinci yeri tutur. Bu xəstəlikdən qorunmağın əsas skrininq metodlarından biri – kolposkopiyadır. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ən müasir kolposkop cihazı istifadə edilir.

Müayinəni həyata keçirən ATU-nun I mamalıq-ginekologiya kafedrasının assistenti, t.ü.f.d. Sevinc İsmayılovanın sözlərinə görə, uşaqlıq boynu xəstəliklərində erkən diaqnostika və yeni skrininq texnologiyaların tətbigi uşaqlıq boynun xərçəngin profilaktikası üçün əlavə imkanlar yaradır: “Bu qadınların sağlamlığının qorunması üçün perspektivlər açır. Xərçəngönü xəstəlikləri və uşaqlıq boynun xərçəngin diaqnozunda müxtəlif metodlardan istifadə olunur, lakin ən çox Klinik-vizual metod, kolposkopiyanın tətbiqi təcrübə üçün əlverişli hesab olunur. Qadınlara 25 yaşından başlayaraq, mütəmadi şəkildə kolposkapiya müayinəsindən keçmələri tövsiyə edilir. Bununla da qadınlarda uşalıq boynunun xərçəngini erkən mərhələdə aşkar etmək olar. Xəstəliyi vaxtında müalicə etməklə, ağır fəsadların qarşısını almaq mümkündür”.

Ginekoloq S. İsmayılovanın dediyinə görə, uşaqlıq boynu xərçənginin erkən mərhələdə aşkar edilməsi bu xəstəlikdən tam müalicəyə zəmanət verir.