Xəbərlər

Əməkdaşımız Sürix Universitetinin diplomuna layiq görülüb

Əməkdaşımız Sürix Universitetinin diplomuna layiq görülüb

31.10.2019

Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklər kafedrasının assistenti Yasmin Rüstəmova bu il Sürix Universitetinin ürək çatışmazlığı ixtisası üzrə təhsilini uğurla vaşa vurub. Y.Rüstəmova adıçəkilən ixtisas və Ürəyin Maqnit Rezonans Tomoqrafiyası üzrə Sürix Universitetinin və Avropa Ürək Akademiyasını diplom və sertifikatına layiq görülüb.
Qeyd edək ki, akredidasiyadan keçmək üçün ötən il dünyanın müxtəlif ölkələlərindən Sürix Universitetinə 600 nəfər sənəd verib, ancaq onlardan 60 nəfər seçilib. Onlardan biri də universitetimizin əməkdaşı Yasmin Rüstəmova olub.

Tibb üzrə fəlsəfə doktoru Y.Rüstəmova həm də Azərbaycan Kordioloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvü, Azərbaycan Kardiloqlar Cəmiyyətinin Maqnit Rezonans Tomoqrafiya İşçi Qrupunun rəhbəri, Beynəlxalq Gənc Kardioloqların Akademiyasının vitse-prezidentidir. Onun bu uğurunu həmçinin universitetimizin uğuru hesab etmək olar.

Əməkdaşımız Sürix Universitetinin diplomuna layiq görülüb