Xəbərlər

Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi ATU-da qonaq olub

30.10.2019

Baronessa Emma Nikolsona ATU-nun yubiley medalı təqdim olunub

Bu gün Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson və onu müşayiət edən şəxslər Azərbaycan Tibb Universitetinin qonağı olublar, rektor və rəhbər şəxslərlə görüşüblər.

Görüş zamanı ATU-nun rektoru professor Gəray Gəraybəyli qonaqlara ali məktəbin tarixi, təhsil və tədris prosesinin quruluşu, eyni zamanda universitetin beynəlxalq əlaqələri haqqında məlumat verib. ATU-nun həm elmi tədqiqat, həm də tədris sahəsində fəaliyyəti barəsində ətraflı məlumat verən rektor Azərbaycan və Böyük Britaniya ölkələriarasında bir sıra strateji istiqamətlər, o cümlədən tibb təhsili sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyindən danışıb. O, ATU-nun İngiltərədəki təhsil müəssisələri ilə münasibətlərinin yüksəlməsində maraqlı olduğunu bildirib.

Baronessa Emma Nikolson Böyük Britaniya ilə Azərbaycan arasında bir sıra vacib sahələrdə, o cümlədən səhiyyə sahəsində mövcud əməkdaşlığın səviyyəsindən razılığını ifadə edib. Qeyd edib ki, tibbi təhsil sahəsində mövcud əlaqələrin daha da genişləndirilməsi, uğurla inkişafı üçün klinik və elmi tədqiqatlar, həmçinin kadr mübadiləsinin təşkili böyük əhəmiyyət kəsb edir.

Görüşün sonunda Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolsona milli xatirə hədiyyəsi və ATU-nun 80 illik yubiley medalı təqdim olunub.

Görüşdə ATU rektorunun müşaviri, dosent Zülfüqar Musabəyov, elmi işlər üzrə prorektor, dosent Rauf Bəylərov, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev iştirak ediblər.

Fəxri qonaqlar həmçinin ATU-nun Tədris Cərrahiyyə Klinikasının neanotologiya, mama-ginekologiya, reanimasiya şöbələrini gəzib, xəstələrin müalicəsi üçün istifadə edilən müasir avadanlıqlarla tanış olub, müalicə proseslərini izləyiblər. Klinikanın Tədris Treyninq Mərkəzində tələbələrin təlim keçməsi üçün yaradılan şəraitlə tanış olublar. Qonaqlar ATU-nun Tədris Cərrahiyyə Klinikasında xəstələrin yüksək keyfiyyətli müalicəsi üçün yaradılanşəraitin dünya standartlarına uyğun səviyyədə olmasından məmnunluqlarını ifadə ediblər.