Xəbərlər

Ürək qüsuru olan uşaq invaziv əməliyyat olundu

Ürək qüsuru olan uşaq invaziv əməliyyat olundu

29.10.2019

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında anadangəlmə ürək qüsuru olan uşaq inzaviz müdaxilə ilə əməliyyat edilib.

Uşağın ürəyindəki qulaqcıqlararası çəpərin defekti klinikanın pediatrik-invaziv kardioloqu Elşən Rzayevtərəfindən invaziv müdaxilə ilə əməliyyat olunub.

Kardioloq E.Rzayevin sözlərinə görə, bu tip patalogiyalar anadangəlmə ürək qüsurları arasında ən çox yayılan və tez-tez rast gəlinənidir: “Belə qüsurlarda vaxtında əməliyyat etmək mütləq şərtdir. Çünki zamanında əməliyyat olunmazsa, sonradan bu qüsur böyük yaşlarında həmin xəstənin həyatına ciddi problem yarada bilər. Bəzən bu ürək qüsuru elə kiçik yaşlardan ürək boşluqlarına, ürəyin öz işinə zərər yetirir. Əgər bu problem uşağın həyatına və normal fəaliyyətinə təsir edirsə, onda əməliyyat lazımdır”

Ürək qüsuru olan uşaq invaziv əməliyyat olundu