Xəbərlər

ATU nümayəndələri beynəlxalq cərrahiyyə konqresində aktiv iştirak ediblər

ATU nümayəndələri beynəlxalq cərrahiyyə konqresində aktiv iştirak ediblər

25.10.2019

Türkiyənin Antalya şəhərində 14-cü Hepato Pankreato Beynəlxalq Cərrahiyyə Konqresi keçirilir. Bu nüfuzlu toplantıda dünyanın müxtəlif ölkələrindən gələn 300-dən çox cərrah-mütəxəssis iştirak edir.

Azərbaycan Tibb Universitetinin nümayəndələri də bu nüfuzlu konqresdə aktiv şəkildə iştirak edirlər. ATU-nun nümayəndə heyətinə universitetin I cərrrahi xəstəliklər kafedrasının təmsilçiləri, kafedra müdiri, AMEA-nın müxbir üzvü professor Nuru Bayramov, assistent, t.ü.f.d Ruslan Məmmmədov və baş lobarant Elvin İsazadə daxildir.

ATU-nun I cərrahi xəstəlikər kafedrasının təmsilçiləri Hepato Pankreato Beynəlxalq Cərrahiyyə Konqresində 9 mühazirə və poster çıxış ediblər. bu zaman pankreativ cərrahiyyədə yeniliklər, qaraciyər və öd yollarının cərrahiyyəsi ilə bağlı nailiyyətlər açıqlanıb.

Ümumiyyətlə konqresdə qaraciyər transplantasiyası, qaraciyər kistası, minimal invaziv cərrahiyəyyə dair videolar nümayiş etdirilib, laproskopik cərrahiyyə və digər mövzular ətrafında müzakirələr aparılıb. Sabah işini yekunlaşdıracaq elmi konfransın sonunda yüksək qiymətləndirilən və diqqət cəlb edən elmi işlər mükafatlandırılacaq.

ATU nümayəndələri beynəlxalq cərrahiyyə konqresində aktiv iştirak ediblər