Xəbərlər

Ukrayna Uşaq Kardioloji Mərkəzin nümayəndə heyəti Tədris Cərrahiyyə Klinikasının qonağı olub

Ukrayna Uşaq Kardioloji Mərkəzin nümayəndə heyəti Tədris Cərrahiyyə Klinikasının qonağı olub

24.09.2019

Bu günlərdə Ukrayna Uşaq Kardioloji Mərkəzin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) və Tədris Cərrahiyyə Klinikasının (TCK) qonağı olub. Mərkəzin direktoru, uşaq kardio və ürək cərrahı, professor İllya Yemets və nümayəndə heyəti ATU rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.

Daha sonra Mərkəzin nümayəndə heyəti ATU-nun Tədris Cərrahiyyə Klinikasının qonağı olub. Qonaqlar Klinikanın şöbələri, burada yaradılan şəraitlə yaxından tanış olublar.

Həmçinin klinikanın nəzdində tələbələr üçün yaradılan Treninq Mərkəzini ziyarət ediblər, burada həyata keçirilən layihələr haqqında da geniş məlumatlandırılıblar. Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev Klinikanın Universitet Xəstəxanası olaraq məqsəd və hədəfləri, istər sağlıq, istərsə də elm-tədris istiqamətindəki fəaliyyəti haqqında, son əldə olunan uğurlar, gələcəkdə nəzərdə tutulan planlar barədə qonaqlara geniş məlumat verib.

Qeyd edək ki, görüşdə klinikanın baş həkimi, professor Ramiz Poluxov, II mamalıq-ginekologiya kafedrasının müdiri, professor Hicran Bağırova və klinikanın pediatrik-invaziv kardioloqu Elşən Rzayev iştirak ediblər.#atutck @ ATU Tədris Cərrahiyyə Klinikası