Xəbərlər

Pediatrik xəstələrdə və yenidoğulmuşlarda mexaniki ventilyasiyanın tətbiqinə dair təlim kursu

Pediatrik xəstələrdə və yenidoğulmuşlarda mexaniki ventilyasiyanın tətbiqinə dair təlim kursu

26.07.2019

Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında həkimlər üçün pediatrik xəstələrdə və yenidoğulmuşlarda mexaniki ventilyasiyanın tətbiqinə dair təlim kursu keçirilib.

Mühazirələrdən öncə Ankara Universitetinin professoru, Dr. Ömer Erdeve azərbaycanlı həmkarları ilə davamlı olaraq əməkdaşlıq etdiklərini deyib: “Azərbaycanın ehtiyaclarına görə nələr yapa biləcəyimizi düşündük. Özəlliklə həyati önəm daşıyan süni tənəffüz olayında bilgilərimizi və təcrübəmizi paylaşmaq istədik. Çünki birlikdə çözəcəyimiz mövzular həm uşağın, həm də yeni doğanın yaşamı üçün çox önəmlidir. Yəni bunu iyi yaparsınızsa yaşadırsınız, iyi yapa bilmədikdə isə körpələri kayb edərsiz”.

Dr. Ömer Erdeve bir ay öncə başladıqları təlimə yenidən tələbat yarandığını və ona görə də kursu davam etdirmək qərarına gəldiklərini söyləyib: “İlk dəfə kursumuza 30 kişi alarıq dedik, 45 kişi gəldi. Çox yararlı bir kurs olduğunu anladıq. Biz də bir şey öyrədə bildiyimiz üçün çox mutlu olduq. Bu dəfə isə kursa 56 kişi qatıldı. Amacımız burada konfrans keçirmək deyil, uyğulama yapmaqdır. Biz dərs anlatmaq üçün gəlmədik, birlikdə bilgi və təcrübə mübadiləsi aparmaq üçün gəldik”.

Sonra təlim kursuna başlanılıb və türkiyəli mütəxəssislər - dosent, Dr. Emel Okulu “Tənəffüz fiziologiyası”, “Qeyri-invaziv ventilyasiya”, professor, Dr. Tanıl Kendirli isə “Uşaqlarda kəskin tənəffüz çatışmazlığı və müalicə” mövzusunda maraqlı məruzələrlə çıxış ediblər. İnteraktivliyi ilə seçilən təlim kursunda iştirakçıların sualları da ətraflı cavablandırılıb.
Həkim-nevroloq, davamlı tibbi təhsil üzrə layihə rəhbəri Mərziyyə Məmmədova bildirib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikası, Elmi Tədqiqat Pediatriya İnstitutu, Ankara Universiteti və Uptodate İn Medicine şirkəti ilə birgə təşkil etdiyimiz təlim kursu Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub və iştirak edən həkimin hər birinə 16 kredit balı veriləcək: “Bildiyiniz kimi, pediatriya fakültəsi ləğv olunsa da, yeni qanunla rezidenturadan sonra neonatoloqlar hazırlanacaq. Bu kurs yeni neonatoloqlar üçün çox faydalıdır. Kursun iştirakçıları həm pediatrik xəstələrdə, həm yeni doğulmuşlar üzərində süni ventilyasiya aparatı ilə işləmə qaydalarını tam şəkildə öyrənəcəklər”.

Qeyd edək ki, mühazirələr, interaktiv müzakirələr, kiçik qruplarda aparılan praktik vərdişlərin aşılanmasına yönəlmiş bu təlim kursu həkimlərə pediatrik xəstələrin və yenidoğulanların mexaniki ventilyasiyası sahəsində ən son nailiyyətlərlə tanış olmaq, qabaqcıl üsullar və klinik təcrübədən bəhrələnmək, praktik bacarıqları mənimsəmək üçün geniş imkanlar verir.

Təlim kursları fərqli mövzulara aid mühazirələrlə və praktik məşğələlərlə sabah öz işini davam etdirəcək.

Pediatrik xəstələrdə və yenidoğulmuşlarda mexaniki ventilyasiyanın tətbiqinə dair təlim kursu
Pediatrik xəstələrdə və yenidoğulmuşlarda mexaniki ventilyasiyanın tətbiqinə dair təlim kursu
Pediatrik xəstələrdə və yenidoğulmuşlarda mexaniki ventilyasiyanın tətbiqinə dair təlim kursu
Pediatrik xəstələrdə və yenidoğulmuşlarda mexaniki ventilyasiyanın tətbiqinə dair təlim kursu