Xəbərlər

ATU-nun Cərrahiyyə Klinikasında növbəti unikal əməliyyat aparılıb

ATU-nun Cərrahiyyə Klinikasında növbəti unikal əməliyyat aparılıb

06.07.2019

III Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalovun rəhbərliyi ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında növbəti bir unikal əməliyyat baş tutub.

Əməliyyatın mahiyyəti barədə ətraflı şəkildə məlumat verən F.Camalov qeyd edib ki, 57 yaşlı Xəzri Bədəlov sol qabırğaaltı, sol bel və qasıq nahiyəsində kəskin ağrılarlın olması şikayəti ilə Cərrahiyyə Klinkasına müraciət edib: “ Xəstə klinik laborator müayinədən keçən zaman onun sol tərəfində repropertonal sahəni, dalağı, sol böyrəyi, böyrəküstü vəzini, yoğun bağırsağın dalaq əyriliyini, köndələn və enən çəmbər bağırsağını, mədəaltı vəzin quyruğunu əhatə edən böyük bir limfosarkoma bədxassəli şişin olduğu məlum oldu. Bundan başqa onun öd kisəsində müxtəlif ölçülü daşlar da aşkarlandı. Xəstəliyin ağırlıq vəziyyəti nəzərə alındı və qısa zamanda əməliyyata hazırlıqdan sonra o, ümimi endotraxial narkoz altında əməliyyat olundu. Xəstədən blokla dalaq, sol böyrək, sol böyrəküstü vəzni, mədəaltı vəzin quyruq hissəsi, köndələn və enən çəmbər bağırsaq, dalaq, yoğun bağırsağın dalaq əyriliyi və öd kisəsi əməliyyatla götürüldü”.

Professor F.Camalovun bildirdiyinə görə, adətən, bu cür xəstələrdə yoğun bağırsaq dəridən bayıra çıxarılır ki, buna da tibbdə “anuspreturnaturalis” deyilir. Bu yola xəstə özünün izafi ehtiyaclarını ödəməli olur. Əməliyyatın unikallığı da elə ondan ibarətdir ki, bu addım atılmadan törəmə xəstədən xaric edildi və serkulyar stepler ilə birmomentli kolo-koloanastomoz yoğun bağırsağa calandı: “Əməliyyatdan sonra xəstənin təzyiqi kəskin şəkildə aşağı düşdü. Aparılan anestoloji, reanimatoloji və digər lazımi tədbirlərə əsasən xəstədə qan təzyiqinin və qanın digər göstəricilərini normaya sala bildik".

Xəstənin 4 gün klinik şəraitdə müalicədən sonra yaxşılaşma ilə evə tərxis olunduğunu bildirən professor, onun vəziyyətinin hazırda qənaətbəxş olduğunu qeyd edib: “Xəstə mütəmadi dinamik nəzarətimiz altındadır. Histoloji müayinənin nəticələri onu göstərdi ki, onda qeyd olunan orqanlarda pritunarxası sahənin limfosarkoması mövcud olub. Sonrakı dövrlər xəstə kimyəvi dərman preparatları ilə müalicə olunacaqdır”.

Qeyd edək ki, yüksək səviyyədə aparılan bu əməliyyatın assistentləri Aydın Əliyev və Azər Qasımov olublar.