Xəbərlər

ATU-nun kardioloqu Azərbaycanda Avropa Kardiologiya Cəmiyyətinin beynəlxalq sertifikatina malik yeganə həkimdir

ATU-nun kardioloqu Azərbaycanda Avropa Kardiologiya Cəmiyyətinin beynəlxalq sertifikatina malik yeganə həkimdir

04.07.2019

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının kardioloqu Yasmin Rüstəmova Azərbaycanda ilk dəfə olaraq Kardiovaskulyar MRT görüntüləmə sertifikasiya imtahanını uğurla verərək bu beynəlxalq sertifikata layiq görülüb.

Dünyada çox az sayda mütəxəssis bu sertifikata malikdir.

Kardioloq, tibb üzrə fəlsəfə doktoru Y.Rüstəmova ürək görüntülənməsi və ürək çatışmazlığı üzrə Avropada ixtisaslaşma keçib. Qeyd edək ki, Yasmin Rüstəmova Azərbaycanda Kardiovaskulyar MRT müayinəsi sertifikatının ilk və yeganə sahibidir.

ATU-nun kardioloqu Azərbaycanda Avropa Kardiologiya Cəmiyyətinin beynəlxalq sertifikatina malik yeganə həkimdir