Xəbərlər

“Təbib” istirahət mərkəzinin yeni korpusu istifadəyə verildi

“Təbib” istirahət mərkəzinin yeni korpusu istifadəyə verildi

28.06.2019

Bu tədris ili üçün Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının yekun iclası Nabranda yerləşən “Təbib” İstirahət mərkəzində keçirilib. İclasda tədris ilinin yekunları ilə bağlı məsələlər müzakirə olunub, bəzi qərarlar təsdiqlənib.

Şura iclası ilə yanaşı, burada həm də istirahət mərkəzinin yeni korpusunun açılışı baş tutub. ATU-nun rektoru, professor Gəray Gəraybəyli istirahət mərkəzində hər il yeni korpusların açılmasını sevindirici hal kimi qiymətləndirdi. Rektor mərkəzdə mütəmadi olaraq abadlıq işlərinin aparıldığını, iki il öncə müasir yeməkxananın qurulduğunu, ötən il isə təmir olunmuş ilk korpusun açılışının baş tutduğunu xatırlatdı. G.Gəraybəyli bu istiqamətdə işlərin davam etdiriləcəyini, ATU əməkdaşlarının istirahətinin təşkili üçün davamlı olaraq tədbirlərin görüləcəyini bildirdi.

ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımovun sözlərinə görə, abadlaşma işləri komitə tərəfindən maliyyələşdirilir. Aparılan işlərə rektor şəxsən nəzarət edir.

Hətta ilk açılışdan öncə səhiyyə naziri Oqtay Şirəliyev də istirajət mərkəzində aparılan işlərlə şəxsən tanış olub.
Bu il istifadəyə verilən korpusda 4 nəfərlik 7 otaq, 2 nəfərlik 3 otaq fəaliyyət göstərir. Otaqlar istirahət edənlərin rahatlığı üçün lazimi avadanlıq və şəraitlə təmin olunub. Həmçinin, düşərgədə bu il qazanxana quraşdırılıb. Bu, gələcəkdə “Təbib” İstirahət Mərkəzinin qış mövsümündə də fəlaiyyətinə imkan yaradacaq.

Hər il ATU-nun 800 nəfərə yaxın professor-müəllim heyəti, texniki işçilər və onların ailələri, o cümlədən tələbələr bu mərkəzdə istirahət edə bilir. “Təbib” istirahət mərkəzi ATU-nun əməkdaşlarının hərtərəfli istirahətini təmin etmək məqsədilə yaradlıb. Hər ilin may-iyun aylarında düşərgədə təmir və abadlıq işləri aparılır. 2013-cü ildən etibarən “Təbib” istirahət ocağının maliyyələşdirilməsi tam olaraq Həmkarlar İttifaqı Komitəsinin ixtiyarına verilib.

Qeyd edək ki, artıq ikinci ildir Böyük Elmi Şurasının iclası “Təbib” istirahət mərkəzində keçirilir.

“Təbib” istirahət mərkəzinin yeni korpusu istifadəyə verildi
“Təbib” istirahət mərkəzinin yeni korpusu istifadəyə verildi
“Təbib” istirahət mərkəzinin yeni korpusu istifadəyə verildi
“Təbib” istirahət mərkəzinin yeni korpusu istifadəyə verildi
“Təbib” istirahət mərkəzinin yeni korpusu istifadəyə verildi