Xəbərlər

“Elmi tədqiqat işlərinin aparılması”na dair seminar keçirilib

“Elmi tədqiqat işlərinin aparılması”na dair seminar keçirilib

31.05.2019

Mayın 31- də ATU-nun Tədris Cərrahiyyə Klinikasında keçirilən növbəti seminarda I cərrahi xəstəliklər kafedrasının doktorantı Xatirə Şirinova tələbə, rezident, gənc həkim və tədqiqatçılar üçün “Elmi tədqiqat işlərinin aparılması” mövzusunda çıxış edib.

I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov seminarın gündəliyinə təqdim olunan mövzunun aktuallığını qeyd edərək elmi tədqiqat işinin necə planlaşdırılması və hansı qaydalarla aparılması, yazılması, nəşr olunması və s. kimi proseslərin bütün cənc mütəxəssislər üçün böyük əhəmiyyət daşıdığını bildirib və onlara bu prinsiplərə əməl etməyi tövsiyə edib.

Sonra Xatirə Şirinova elmi tədqiqat işinin aparılmasının mərhələləri, planlaşdırılması, növləri, icra edilməsi, nəticələrin qiymətləndirilməsi, keyfiyyəti, çap edilməsi, həmçinin elmi tədqiqat işinin aparılmasında vacib məsələlər və buraxılan səhvlər haqqında ətraflı məlumat verib. O, çıxışında elmi tədqiqatın etikası, Helsinski bildirişi ( deklarasiyası), bioetika və insan hüquqları, məlumatlandırılmış razılıq formasından söhbət açıb, statistik səhvlər, tədqiqata aid ədəbiyyatın axtarılması, elmi məqalə, tezislərin yazılma qaydalarından danışıb. Çıxışında elmmetriyaya geniş yer ayıran məruzəçi təhsil müəssisələrinin, tədqiqatçıların, jurnalların qiymətləndirilməsindən bəhs edərək reytinqlər, tədqiqatçıların h, g indeksləri, jurnalların impakt faktoru, o cümlədən aktivlik, attraktivlik göstəricisinin nə olduğu və necə hesablandığı barədə iştirakçıları məlumatlandırıb.

Yırtıcı (хищник, predator) jurnallar, onların aşkarlanması və eləcə də onlardan qorunma yollarına diqqət çəkən məruzəçi elmi tədqiqat işlərinin aparılması zamanı köçürmə, oğurluq və plagiat anlayışlarına dair fikirlərini də bölüşüb.

Çıxışı seminar iştirakçıları tərəfindən maraqla qarşılanan doktorant ona verilən çoxsaylı sualları da cavablandırıb.

“Elmi tədqiqat işlərinin aparılması”na dair seminar keçirilib
“Elmi tədqiqat işlərinin aparılması”na dair seminar keçirilib
“Elmi tədqiqat işlərinin aparılması”na dair seminar keçirilib