Xəbərlər

ATU-nun Tədris Cərrahiyyə Klinikası hesabat verdi

ATU-nun Tədris Cərrahiyyə Klinikası hesabat verdi

21.05.2019

4 ay ərzində 4208 əməliyyat aparılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərahiyyə Klinikasında bu ilin ilk 4 ayına yekun vurulub. İlk 4 ayın yekununa həsr olunmuş hesabat toplantısında klinikanın şöbələri üzrə xidmət göstərilən xəstələrin sayı, müalicə və müayinə alan şəxslər, əməliyyatlar barədə ətraflı məlumat verilib.

Toplantıda çıxış edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev 2019-cu ildən klinikada hər bir sahədə aparılan işlərdə irəliləyişin müşahidə olunduğunu bildirib. Qeyd edib ki, artıq Tədris Cərrahiyyə Klinikası Azərbaycanın tibb məssisələri arasında əhalinin etibar etdiyi bir məkana çevrilib. Bu da peşəkar həkimlər, müasir diaqnostik üsulların tətbiqi, dəqiq analizlərin aparılması və digər məqamlarla əlaqədardır. Bununla belə, direktor Surxay Hadıyev klinikanın tədris yönümlü olduğunu xatırladaraq, müəssisənin şöbə və kafedraları arasında daha nizamlı kommunikasiyanın qurulmasına ehtiyac olduğunu vurğuladı.

Sonra şöbə müdirlərinin 4 aylıq fəaliyyətə dair hesabatları dinlənildi. Hesabatları Klinikanın Oftalmologiya şöbəsininin müdiri Qurban İsmayılov, II mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov, neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı, Uşaq cərrahiyyəsi şöbəsinin müdiri Murad Əlibəyov, Ümumi cərrahiyyə şöbəsinin müdiri Mübariz Əliyev, Qulaq, burun, boğaz şöbəsinin müdiri Murad Şıxəliyev, Üz-çənə Cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov, Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli, Transplantologiya şöbəsinin müdiri Ruslan Məmmədov, II Cərrahi xəstəliklər Şöbəsinin müdiri Xaləddin Musayev, Kardiocərrahiyyə şöbəsinin müdiri Mirəli Məcidov, İnvaziv kardiologiya şöbəsinin müdiri Qalib İmanov, III cərrahi xəstəliklər şöbəsinin müdiri Aydın Əliyev, Urologiya şöbəsinin müdiri Fikrət Əhmədov, Neyrocərrahiyyə şöbəsinin müdiri Fərid Qaralov, I mama ginekologiya şöbəsinin müdiri Səadət Sultanova, Plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinin müdiri Mirsaleh Abdullayev təqdim ediblər.

Ümumilikdə klinika üzrə şöbələrdə 621 xəstə müalicə alıb. 17512 nəfərin mayinəsi aparılıb. Tədris Cərrahiyyə Klinikasında bu müddət ərzində 4208 əməliyyat icra olunub.
Hesabatların müzakirəsi zamanı aparılan işlərin təkmilləşdirilməsi, əhaliyə daha yaxşı tibbi xidmət göstərilməsi, tələbələrin praktiki biliklərini gücləndirməsi üçün daha yaxşı şəraitin yaradılması ilə bağlı təkliflər səsləndirildi.