Xəbərlər

ATU-nun Tədris Cərrahiyyə Klinikasında ATUREK-7 çərçivəsində Exokardioqrafiya kursu keçirilib

ATU-nun Tədris Cərrahiyyə Klinikasında ATUREK-7 çərçivəsində Exokardioqrafiya kursu keçirilib

14.05.2019

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ATUREK-7 çərçivəsində Exokardioqrafiya kursu keçirilib.

Tədris Cərrahiyyə Klinikasının kardiologiya şöbəsinin müdiri, invaziv kardioloq Qalib İmanovun rəhbərlik etdiyi kursda bir sıra vacib və maraqlı mövzular ətrafında müzakirələr aparılıb, dinləmələr olub.

Kurs çərçivəsində ATU-nun Tədris Cərrahiyyə Klinikasının kardioloqları Sara Bayramzadə “Exokardioqrafik müayinənin ümumi prinsipləri” və “Doppler ExoKQ və hemodinamik ölçümlər”, Muxtar Museyibov “Sol mədəciyin funksiyalarının dəyərləndirilməsi”, İsmayıl Göyüşov “Sağ mədəciyin ExoKQ dəyərləndirilməsi” və “Mitral qapaq patologiyalarının exokardioqrafik dəyərləndirilməsi”, Yasmin Rüstəmova “Kardiomiopatiyaların exokardioqrafik dəyərləndirilməsi” və “Exokardioqrafiyanın irəliləmiş texnologiyaları” (strain, 3D) və Elşən Rzayev “Anadangəlmə ürək qüsurları” mövzularında mühazirələrlə çıxış ediblər.

Qeyd edək ki, belə kurs və seminarlar ATU-nun Tədris Cərrahiyyə Klinikasının şöbələri tərəfindən mütəmadi olaraq aparılır.#atutck @ ATU Tədris Cərrahiyyə Klinikası