Xəbərlər

ATU-nun təmsilçisi beynəlxalq elmi konqresdə sertifikata layiq görüldü

ATU-nun təmsilçisi beynəlxalq elmi konqresdə sertifikata layiq görüldü

08.04.2019

Türkiyənin Antalya şəhərində Türk Neonatoloji Dərnəyi tərəfindən “UNEKO 27” beynəlxalq konqresi keçirilib.

 

Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyəti üzvləri arasında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının neonatologiya şöbəsinin müdiri, hekim-neonatoloq Aygün Rüstəmxanlı da iştirak edib.

 

UNEKO 27” Beynəlxalq Neonatologiya Konqresində yenidoğulmuş körpələrə qulluq, yenidoğulmuşların xəstəliklərin yeni invaziv mealicə metodlarına dair kurslar təşkil olunub. ATU-nun təmsilçisi A.Rüstəmxanlı “Yenidoğulmuşlarda neyromonitorizasiya” kursunda aktiv iştirak edərək müvafiq sertifikata layiq görülüb.

 

Qeyd edək ki, konfransda həm də Səhiyyə Nazirliyinin Tibbi yardım təşkili şöbəsinin müdir müavini, neanotologiya üzrə müavin Nərgiz Şərifova da iştirak edib. Byenəlxalq elmi tədbirdə pediatriya sahəsində tanınmış mütəxəssislər, o cümlədən Kolumbiya Universitetinin professoru Richard A.Polin, Toronto Universitetinin professoru Prakesh Shah, pediatriya üzrə alman professor Berthold Koletzko, Kopenhagen Universitetinin professoru Gorm Griesen mühazirələrlə çıxış ediblər. 

ATU-nun təmsilçisi beynəlxalq elmi konqresdə sertifikata layiq görüldü