Xəbərlər

Tədris Cərrahiyyə Klinikasının həkimləri Mingəçevirdə keçirilən konfransda iştirak ediblər

Tədris Cərrahiyyə Klinikasının həkimləri Mingəçevirdə keçirilən konfransda iştirak ediblər

17.03.2019

16-17 mart 2019 tarixində respublikamızda regionlarda tibbin inkişafı üçün Mingəçevir şəhərində “Dölün prenatal və postnatal xromosom patologiyalarına müasir yanaşma” adlı konfrans keçirilib.

Konfransda Azərbaycan Tibb Universitetinin (ATU) və paytaxtın aparıcı mütəxəssislərin məruzələri dinlənilib. Ana və uşaq sağlamlığı haqqında iştirakçılar arasında geniş müzakirələr aparılıb.

Tədbirdə ATU-nun Tədris Cərrahiyyə Klinikasını pediatrik-invaziv kardioloqu Elşən Rzayev, mama- ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov, Aygün Fərəcova, Aygün Rüstəmxanlı təmsil ediblər.