Xəbərlər

ATU-da növbəti təkmilləşdirmə kursu təşkil edilib.

ATU-da növbəti təkmilləşdirmə kursu təşkil edilib.

08.02.2019

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında növbəti təkmilləşdirmə kursu təşkil edilib. ATU-nin Tədris Klinikasının Baş Tibb bacısının təşəbbüsü ilə həyata keçirilən seminarda Neyrocərrhiyyə və Travmatologiya-Ortopediya şöbələrinin tibb bacıları iştirak ediblər. Hər iki şöbənin məsul tibb bacıları “Hipofiz adenoması”, “Artroplastika, Bud canaq koksartrozu” mövzularında öz təcrübələrindən və apardıqları araşdırmalar əsasında öyrəndikləri yenilikləri həmkarları ilə bölüşüblər.
Bilik, bacarıq və peşəkar vərdişlərin inkişaf etdirilməsi yolu ilə əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədilə həyata keçirilən təkmilləşdirmə kursları mütamadi olaraq klinikanın bütün şöbələrində həyata keçiriləcək. #atutck