Xəbərlər

60 yaşlı xəstənin çanaq sınığı əməliyyat olunub

60 yaşlı xəstənin çanaq sınığı əməliyyat olunub

11.02.2019

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında daha bir çətin əməliyyat uğurla sona yetib. Bir həftə bundan əvvəl travma almış xəstə, Tədris Cərrahiyyə Klinikasına çanaqda sınıqla müraciət edib.

Müayinələr nəticəsində 60 yaşlı xəstənin çanağında qəlpəli sınıq diaqnozu təsdiqlənib. Xəstə təcili əməliyyata salınıb.

Əməliyyat 2 saat davam edib. Əməliyyat ATU-nun Tədris Cərrahiyyə Klinikasının travmatologiya-ortopediya şöbəsinin müdiri Dos. Cəfər Nəsirli, Mikrocərrah Nicat Səttarov, rezident Kənan Quliyev, rezident Turan İsgəndərzadə və əməliyyat tibb bacısı Şəhanə Şükürovadan ibarət komanda tərəfindən aparılıb. Əməlyyat uğurla yekunlaşıb. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir. #atutck #cerrah #travmatologiya #travmotolog_ortoped @ ATU Tədris Cərrahiyyə Klinikası

60 yaşlı xəstənin çanaq sınığı əməliyyat olunub
60 yaşlı xəstənin çanaq sınığı əməliyyat olunub