Xəbərlər

ATU-da “Torakoskopik Timektomiya.Miasteniya xəstəliyi” mövzusunda seminar keçirildi

25.01.2019

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Torakoskopik Timektomiya.Miasteniya xəstəliyi” mövzusunda seminar keçirildi.

Seminarda açılış nitqi ilə çıxış edən, ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev klinikada mütəmadi olaraq elmi konfrans və simpoziumların keçirildiyini bildirdi: “Belə tədbirlərin keçirilməsi bir neçə səbəbə görə əhəmiyyətlidir. İlk növbədə inkişaf edən dünyamızda bütün sahələrdə olduğu kimi, tibb sahəsində də bir çox yeniliklər baş verir. Bunlarla tanış olmaq, biliklərimizi paylamaq, təcrübə mübadilələri aparmaq çox böyük əhəmiyyət kəsb edir. Bugünki seminarın da mövzusu çox önəmli məsləyə - timus vəzi xəstəliklərinə olunub. Cərrahiyyənin bir çox sahədə də olduğu kimi, bu sahəsində də mini invaziv cərrahiyyə üsulları geniş istifadə olunmağa başlanılıb”.

S.Hadıyev qeyd etdi ki, bu əməliyyatın ilk dəfə olaraq ATU-nun Tədris Cərrahiyyə Klinikasının torokal cərrahı Arif Ağayev tərəfindən icra olunması çox sevindirici haldır.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetində “Miasteniya Gravis” xəstəliyindən əziyyət çəkən 14 xəstə son 3 ildə tam müalicə olunub. Azərbaycanda ilk dəfə olaraq məhz ATU-nun Tədris Cərrahiyyə Klinikasında torokal cərrah Arif Ağayev tərəfindən bu xəstələr əməliyyat yolu ilə sağlamlıqlarına qovuşublar, illərlə dərman mülicə almaqdan qurtulublar.

Daha sonra seminarda Tədris Cərrahiyyə Klinikasının torokal cərrahı, tibb elmləri namizədi Arif Ağayev “Torakoskopik Timektomiya”, nevroloq Yaqut Lətifova “Miasteniya xəstəliyi,diaqnostikası və müalicəsi” mövzularda mühazirələr dinlənildi. İştirakçılar mövzu ətrafında müzakirlərə aparıblar.#atutck