Xəbərlər

Türkiyəli professorlar anadangəlmə ürək qüsurlarından danışdılar

Türkiyəli professorlar anadangəlmə ürək qüsurlarından danışdılar

18.01.2019

ATU-nun Tədris Cərrahiyyə Klinikasında “Anadangəlmə ürək qüsurları” mövzusunda seminar keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Anadangəlmə ürək qüsurları” mövzusuna həsr olunmuş seminar keçirilib.

Seminarda ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov açılış nitqi ilə çıxış edərək bu əhəmiyyətli mövzuya aid təlimin iştirakçılara böyük fayda verəcəyinfən əminliyini bildirdi və seminarın işinə uğurlar dilədi.

Seminarda Memorial Bahçelievler Xəstəxanasının Doğum və Ginekologiya Mərkəzinin müdiri, professor Cihat Şen “Anadangəlmə ürək defektləri: nəyə görə fetal mərhələdə diaqnozun qoyulması bu qədər vacibdir?”, ATU-nun I Pediatriya, Terapevtik və pediatrik propedevtika kafedrasının müdiri, professor İbrahim İsayev “Uşaqlarda ürəyin inkişaf anomaliyaları: klinik variantlar”, AVSD İrfan Levent Saltık “Dörd kamera görüntüsü: çəpər defektləri – ASD, VSD (inlet, membranoz), Yeşim Özdemir “Fetal ürək anomaliyalarına görə genetik dəyərləndirmə”, Tədris Cərrahiyyə Klinikasının pediatrik kardioloqu Elşən Rzayev “Pediatrik kardioloqun fetal anadangəlmə qüşurlara baxışı”, Sevinc Muxtarova “Anadangəlmə ürək qüsurları olan yenidoğulmuşların vəziyyətinin klinik stabilizasiyası” kimi mövzularda çıxış ediblər. Çox maraqlı, faktlarla zəngin çıxışlardan sonra mövzu ilə bağlı müzakirə aparılıb.#atutck