Xəbərlər

“Öd yollarının cərrahi xəstəlikləri” mövzusu müzakirə olunub

“Öd yollarının cərrahi xəstəlikləri” mövzusu müzakirə olunub

03.01.2019

Azərbaycan Tibb Universitetində “Öd yollarının cərrahi xəstəlikləri ” mövzusunda seminar keçirilib. Seminarda öd yollarının xəstəliklərinə müasir cərrahi yanaşma, hamiləlikdə öd yollarının xəstəliklərinin konservativ və cərrahi müalicəsində son təqiqatların nəticələri ilə bağlı fikirlər səslənib.

Seminarda ATU-nun I Cərrahi xəstəliklər kafedrasının rezidenti Cavidan Fərəczadə məruzə ilə çıxış edib. O, öd yollarınının anomaliyalarının əməliyyatönü qiymətləndirilməsi və əməliyyatdaxili dövrdə diqqətə alınmasının faydaları, konservativ müalicələrin əməliyyat sonrası klinikada rolu haqqında danışıb. Çıxışdan sonra mövzu ilə bağlı rezident və tələbələrin sualları cavablandırılıb.

Seminarda I Cərrahi Xəstəliklər kafedrasının rezidentləri ilə yanaşı, digər kafedraların rezidentləri, tələbə və müəllimlər də iştirak ediblər.#atutck

“Öd yollarının cərrahi xəstəlikləri” mövzusu müzakirə olunub
“Öd yollarının cərrahi xəstəlikləri” mövzusu müzakirə olunub