Xəbərlər

TƏDRİS CƏRRAHİYYƏ KLİNİKASINDA DAHA 6 ŞÖBƏNİN HESABATI DİNLƏNİLİB

TƏDRİS CƏRRAHİYYƏ KLİNİKASINDA DAHA 6 ŞÖBƏNİN HESABATI DİNLƏNİLİB

14.12.2018

Tədris Cərrahiyyə Klinikasında şöbələr üzrə hesabatların təqdimatı davam edir. Klinikanın direktoru, professor Surxay Hadıyev ilin sonunadək bütün şöbələrin hesabat verəcəklərini və yekun olaraq klinikanın ümumi hesabatının hazırlanacağını vurğulayıb.

Dekabrın 14-də daha 6 şöbənin hesabatı dinlənilib. 
Oftalmologiya şöbəsinin illik hesabatını şöbə müdiri, assistent Qurban İsmayılov diqqətə çatdırıb. O, şöbədə 1 professor, 4 dosent, assistentlərvə baş laborantların, 4 stasionar həkimin fəaliyyət göstərdiyini, 11 ay ərzində poliklinika şöbəsində 6691 xəstənin qeydə alındığını, 1585 nəfərin əməliyyat olunduğunu bildirib. 2018-ci ildə şöbəyə Ekzeymer Lazer aparatının gətirildiyini deyən Q.İsmayılov 2019-cu ildə Vitrektomiya əməliyyatlarına başlamaq arzusunda olduqlarını söyləyib.

Fizioterapiya və reablitasiya şöbəsinin müdiri Nurlana Əliyeva hesabat dövründə şöbədə 489 xəstəyə ambulator xidmət göstərildiyini, ümumilikdə 5115 prosedurun həyata keçirildiyini deyib. Klinika daxili şöbələr üzrə ümumi fizioterapiya aparılmış xəstə sayının 270 olduğunu söyləyən şöbə müdiri 2 xəstə üzərində aparılan prosedurun video-görüntülərini də nümayiş etdirib. 
Travmatologiya-ortopediya şöbəsinin hesabatını assistent Cəfər Nəsirli təqdim edib. Burada fəaliyyət göstərən professor-müəllim heyəti və rezidentlər haqqında qısa məlumat verən şöbə müdiri bundan sonra statistik rəqəmləri diqqətə çatdırıb. Şöbədə ümumu xəstə sayının 524, əməliyyat sayının 472, o cümlədən böyük əməliyyat sayının 362, çarpayı günləri sayının isə 1655 olduğunu, 1 ölüm faktının qeydə alındığını bildirib.

Neyrocərrahiyə şöbəsinin müdiri, assistent Fərid Qaralovun sözlərinə görə, hesabat dövründə ümumi xəstə sayı 662, əməliyyat sayı 571, çarpayı günlərinin sayı isə 2390 olub. Eyni zamanda 74 xəstə müalicəyə cəlb edilib və 4 ölüm faktı qeydə alınıb.

Urologiya şöbəsində biri nefroloq və 14-ü həkim-uroloq olmaqla 15 həkimin, 4 rezidentin çalışdığını deyən şöbə müdiri Fikrət Əhmədov bildirib ki, hesabat dövründə xəstə sayı ümumilikdə 481 nəfər olub. Şöbədə cəmi 380 əməliyyat icra edilib ki, bunlardan da 46-sı böyük, 107-si orta, 227-si isə kiçik həcmli əməliyyatlardır. Bundan əlavə, 1873 xəstəyə hemodializ xidməti göstərilib.

Uşaq cərrahiyyəsi şöbəsinin hesabatını təqdim edən Murad Əlibəyov şöbədə çarpayı məşğulluğunun 56 gün, çarpayı dövriyyəsinin 53 gün, orta çarpayı gününün 1,1 gün, cərrahiyyə aktivliyinin 94, 2 faiz olduğunu deyib. Onun sözlərinə görə, 1204 əməliyyatın 113-ü böyük həcmli əməliyyatlar olub. Laparoskopik əməliyyatlar isə ümumi əməliyyatların 8, 14 faizini təşkil edib.

Hesabat iclasının gedişində professor Nuru Bayramovun rəhbərliyi ilə klinikada böyrək trasplantasiyasının aparılması barədə də məlumat verilib və bu unikal əməliyyat böyük uğur kimi qiymətləndirilib.

Təqdimatlarda iştirak etdiklərinə görə ilk növbədə bütün əməkdaşlara, xüsusilə də kafedra müdirlərinə təşəkkürünü bildirən klinikanın direktoru, professor S.Hadıyev digər tədbirlərdə, konfranslarda klinikanın imkanlarından kifayət qədər yararlanan bəzi kafedra müdirlərinin hətta öz şöbələrinin hesabatında iştirak etməməsindən təəssüfləndiyini deyib. Gələcək hesabatların daha əhatəli hazırlanmasını tövsiyə edib.#atutck