Xəbərlər

ATU-nun nümayəndəsi Beynəlxalq Konfransda məruzəçi kimi çıxış edib

04.12.2018

18-21 oktyabr 2018-ci il tarixində Türkiyənin İzmir şəhərində 9 Eylül Universitetinin təşkil etdiyi “I Beynəlxalq, III Milli Doğuşa Hazırlıq Təlimi və Təlimçilik” mövzusunda konfrans keçirilib.
Konfransda Türkiyənin müxtəlif şəhərlərindən, Makedoniya, Almaniya, İngiltərə, o cümlədən Azərbaycandan dəvət olunmuş məruzəçilər çıxış ediblər.
Tədbirdə Azərbaycanı məruzəçi qismində Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Ellada Sarıyeva təmsil edib.
E. Sarıyeva məruzəsində XX əsrdə Azərbaycanda doğuşa hazırlığın tarixi, müasir dövrdə doğuşa hazırlıq, doğuşun ağrısızlaşdırılması istiqamətində Respublikamızda aparılan dövlət əhəmiyyətli tibbi proqramlardan,müalicə-profilaktika tədbirlərindən danışıb.
Qeyd edək ki, konfransın ilk günündə müxtəlif mövzularda kurslar təşkil olunub. Ass.Sarıyeva “Reboza-massaj” kursunu keçərək sertifikat alıb. O, həmçinin maraqlı çıxışına görə ikinci sertifikrat -“Təşəkkür Sertifikatı” ilə təltif edilib.#atutck #atu