Xəbərlər

Tədris Cərrahiyyə Klinikasında şöbələr üzrə hesabatların təqdimatı davam edir

Tədris Cərrahiyyə Klinikasında şöbələr üzrə hesabatların təqdimatı davam edir

03.12.2018

Tədris Cərrahiyyə Klinikasında şöbələr üzrə hesabatların təqdimatı davam edir. Klinikanın direktoru, professor Surxay Hadıyev noyabrın 30-da keçirilən ayrı-ayrı şöbələrin 10 aylıq hesabat iclasını açaraq bildirib ki, ilin axırınadək bütün şöbələrin hesabatı dinlənilməlidir və nəticədə klinikanın ümumi hesabatı hazırlanmalıdır.

Professor Mübariz Əliyev ümumi cərrahiyə şöbəsinin tibbi personalı haqqında qısa məlumat verdikdən sonra bu ilin 10 aylıq hesabatını təqdim edib. Şöbədə xəstə sayının 914 olduğunu, böyük həcmli əməliyyatların sayının artdığını, əməliyyatlar zamanı cəmi 1 ölüm hadisəsinin və 7 ağırlaşma halının qeydə alındığını deyib. Yeri gəlmişkən, cərrahi ağırlaşmanın Azərbaycanda həkim səhvi kimi qiymətləndirilməsinin doğru olmadığını da diqqətə çatdıraraq bu zaman effektli tədbirlər görülməsinin vacibliyini vurğulayıb. O, kadrların aktivliyinə də toxunaraq kafedra müdiri, professor Elçin Ağayevin bu ilin 10 ayı ərzində 291 əməliyyat icra etdiyini, laparoskopik əməliyyatların sayınnda da artım olduğunu söyləyib.
Şöbə müdiri hesabat dövründə Almaniyaya dəvət edilməsi və orada apardığı iki uğurlu əməliyyatın nəticələri haqqında da məlumat verib.

II cərrahi xəstəliklər şöbəsinin müdiri, professor Xaləddin Musayev şöbədə 8 cərrah, 2 professor, 4 assistent, 1 baş laborant, 1 mütəxəssis-həkim və 7 rezidentin çalışdığını, hesabat dövründə 49 xəstəyə ambulator xidmət göstərildiyini, 429 əməliyyatın icra olunduğunu bildirib.

Şöbə müdiri hesabat dövrü ərzində “II Azərbaycan Türkiyə Kolerektal Cərrahiyyə günləri” simpoziumunun təşkil olunduğunu, hər ayda iki dəfə rezidentlərin seminarlarının keçirildiyini, şöbə əməkdaşlarının Asan radio xidməti, Lider TV, İTV və digər teleradio şirkətlərində çıxış etdiklərini də diqqətə çatdırıb.

Transplantologiya şöbəsinin hesabatını təqdim edən şöbə müdiri Anar Namazov şöbədə daha çox laparoskopik əməliyyatlara üstünlük verildiyini bildirib. Qeyd edib ki, hətta bir neçə dəfə təkrar əməliyyat olan xəstələrdə laparaskopik əməliyyatlar icra edirik. O, 10-12 xəstə üzərində uğurlu əməliyyatlar aparıldığını deyərək 10 ay ərzində şöbənin təşkilatçılığı ilə yerli və beynəlxalq konfransların, rezidentlər üçün “Təməl cərrahi bacarıqlar kursu”nun keçirildiyini söyləyib.

III cərrahiyyə şöbəsinin müdiri, assistent Aydın Əliyevin sözlərinə görə, bu ilin yanvar-noyabr ayları ərzində şöbəyə 385 xəstə daxil olmuş, bunlardan 383 nəfərinin sağalması, 1 nəfərin ağırlaşması, 1 nəfərin ölümü qeydə alınmışdır. Çarpayı günləri 1014 gün olmuş, 330 xəstəyə müxtəlif cərrahi müdaxilələr edilmiş, 54 xəstə isə konservativ müalicə almışdır.

İclasda klinikanın tədris işləri üzrə direktor müavini, professor Davud Pənahov da çıxış edib. O, bütün dünyada olduğu kimi ATU-da da müasir informasiya komminikasiya texnologiyalarından istifadə olunduğunu deyərək bildirib ki, artıq I kurslarda elektron jurnala keçidlə əlaqədar tələbələrin davamiyyəti haqqında məlumatın həmin gün axşam saat 12-dək internet vasitəsilə Virtual Test Mərkəzindəki elektron ünvana köçürülməsi tələb olunur.
Bu sistemin fəaliyyət mexanizmi və ümumilikdə tədrisin təşkili barədə ətraflı məlumat verən direktor müavini klinika daxili nəzarət nəticəsində aşkarlanan çatışmazlıqların aradan qaldırılması yollarından danışıb.

İclasın sonunda klinikanın direktoru, professor S.Hadıyev qazanılan nailiyyətləri təqdir etməklə yanaşı, klinikada çalışan tanınmış alimlərin və mütəxəssislərin potensialından yetərincə istifadə edilməməsindən təəssüfləndiyini dilə gətirib. Gələcək hesabatlarda böyük əməliyyatların icrası, cərrahların fəallıq əmsalları, eləcə də sonuncu kurs rezidentlərinin əməliyyatlarda fəal iştirakının öz əksini tapacağına əminliyini ifadə edib.#atutck

Tədris Cərrahiyyə Klinikasında şöbələr üzrə hesabatların təqdimatı davam edir
Tədris Cərrahiyyə Klinikasında şöbələr üzrə hesabatların təqdimatı davam edir
Tədris Cərrahiyyə Klinikasında şöbələr üzrə hesabatların təqdimatı davam edir
Tədris Cərrahiyyə Klinikasında şöbələr üzrə hesabatların təqdimatı davam edir
Tədris Cərrahiyyə Klinikasında şöbələr üzrə hesabatların təqdimatı davam edir
Tədris Cərrahiyyə Klinikasında şöbələr üzrə hesabatların təqdimatı davam edir
Tədris Cərrahiyyə Klinikasında şöbələr üzrə hesabatların təqdimatı davam edir