Xəbərlər

ATU-nun Tədris Cərrahiyyə Klinikasında kordioloji seminar keçirilib

ATU-nun Tədris Cərrahiyyə Klinikasında kordioloji seminar keçirilib

19.11.2018

Ürək xəstəlikləri təkcə Azərbaycanda deyil, bütün dünyada insanları narahat edən xəstəliklər arasında ən çox müşahidə olunanlar sırasındadır. Bu səbəbdən ölkənin tibb təhsili verən yeganə ali məktəbi – Azərbaycan Tibb Universiteti mütəmadi olaraq bu mövzuda seminar və təlimlər təşkil edir.

Bu gün növbəti belə tədbir keçirilib. ATU-nun Tədris Cərrahiyyə Klinikasında “Koronar bifurkasion lezyonlar, Klassifikasiyası və müdaxilələr” mövzusunda seminar baş tutub.

ATU-nun Ürək kateterizasiyası və angioqrafiya şöbəsinin müdiri, ürək-damar cərrahı, invaziv kordioloqu Qalib İmanov bu mövzuda seminarın həm biliklərin artırılması, həm mübadiləsi, həm də praktikanın gücləndirilməsi baxımından önəmli olduğunu qeyd etdi. Q.İmanov həmçinin semnarın mövzusu ilə bağlı mühazirə ilə çıxış etdi.

Daha sonra rezident Arif Cavadov “Koronar bifurkasion lezyonlar, klassifikasiyası və müdaxilələr” mövzusunda mühazirəsini səsləndirdi. Seminar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşdı.#atutck