Xəbərlər

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 10 ayın hesabatı verildi

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 10 ayın hesabatı verildi

19.11.2018

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının aylıq hesabat iclası keçirildi. İclasda çıxış edən Klinika direktoru, professor Surxay Hadıyev bildirib ki, TCK-nın fəaliyyətinin qiymətləndirilməsi, əldə olunan nailiyyətlərin paylaşılması, çatışmazlıqların aradan qaldırılması baxımından bu cür tədbirlərin keçirilməsi çox önəmlidir. Professor S.Hadıyev qeyd edib ki, artıq hər bir şöbə ayrı-ayrılıqda aylıq hesabatlar təqdim edəcək. İlin sonunda isə bütün şöbələrdən daha geniş həcmli təqdaimatlar hazırlayacaq. Bu zaman aparılan klinik işlərlə yanaşı, tədris yönümlü fəaliyyətlə bağlı hesabat da sənəddə əks olunacaq.

Klinikanın baş həkimi, professor Ramiz Poluxov çıxışında Səhiyyə Nazirliyinin 20.06.2017-ci il tarixli 45 nömrəli əmri ilə “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar”ı təsdiq edilib. Məqsəd ölkəmizdə səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına nail olmaqdır. Bu Qaydalar əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etmək məqsədi ilə praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesini tənzimləyir.

Professor R.Poluxov bildirib ki, səhiyyəmizin inkişafının əsas istiqamətlərindən biri də tibbi təhsil və kadr hazırlığıdır: “Bu sahədə də səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsi, onun qabaqcıl ölkələrinin səhiyyə sisteminə inteqrasiya etməsi üçün ardıcıllıqla əhəmiyyətli tədbirlər həyata keçirilir. Həkimlərimizin müasir tibb elminin inkişafı ilə ayaqlaşmaları və onların son nailiyyətlərdən xəbərdar olmalarını təmin etmək üçün bu təhsil növünün ölkəmizdə də inkişaf etməsi bu günün tələbidir”.

Baş həkim R.Poluxov həmçinin Azərbaycanda Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı təfərrüatları, bal kredit sisteminin yaradılması haqqında məlumatı toplantı iştirkçılarının nəzərinə çatdrırdı. Qeyd etdi ki, Davamlı Tibbi Təhsil (DTT) praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmiş təhsil prosesidir. Metoddan asılı olmayaraq, DTT-nin zəruri miqdarının hesablanması kreditlər vasitəsilə həyata keçirilir. DTT krediti DTT-nin məzmununa və həcminə uyğun olaraq onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir.

Daha sonra ATU Tədris Cərrahiyyə Klinikasının şöbələrinin hesabatı dinlənildi. otolorinqoloq assistent Murad Şıxəlieyev ATU-nun Tədris Cərrahiyyə Kliniklasının Qulaq, burun, boğaz cərrahiyyəsi şöbəsinin hesabatını təqdim edərək şöbədə 31 cərrah, 2 Professor, 2 dosent, 14 assistent, 2 baş laborant, 2 mütəxəssis həkim,9 rezident, 2 tibb elmləri doktoru, 10 tibb üzrə fəlsəfə doktorunun çalışdığını bildirdi. Şöbədə bu ilin 10 ayı ərzində 4900 xəstə müayinə edilib. Stasionar xəstə sayi 479 olub.

Bu müddət ərzində Qulaq, burun, boğaz cərrahiyyəsi şöbəsində 471 əməliyyat həyata keçirilib. Bunlardan 145 Adenotomiya, 97 septoplastika, 75 tonzillektomiya, 27 rinoplastika, 22 FESC, 22 mastoidektomiya və timpanoplastika, 8 koxlear implantasiya, 6 boyun limfa düyününün çıxarılması, 4 mikrolaringoskopiya və qırtlaqdan biopsiyanın götürülməsi əməliyyatlarıdır.

ATU-nun TCK-nın Üz-çənə cərrahiyyəsi şöbəsinin hesabatını şöbə müdiri Məhəmməd Davudov təqdim etdi. Bildirdi ki, 10 ay ərzində 2406 xəstəyə konsultasiya, ambulator və stasionar xidmət göstərilib. 429 xəstə olub, 415 əməliyyat icra olunub. 24 çarpayı sayı olan şöbədə ümumi 10 xəstə konservativ müalicə alıb.

Əməliyyatlardan 60 osteosintez 60, 19 Ortoqnatik, 208 Törəmənin çıxarılması, 35 Plastik-rekonstruktiv, 90 Plastik-rekonstruktiv, 16 Boyun disseksiyası, 52 irinli proseslərə aid olub. 579 xəstəyə ambulator cərrahi xidmət göstərilib.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Plastik Və Estetik Cərrahiyyə Şöbəsinin hesabatını şöbə müdiri Mirsaleh Abdullayev açıqlayıb. Qeyd edib ki, şöbə yeni fəaliyyətə başlasa da, hesabat müddəti ərzində ümumilikdə 233 əməliyyat icra olunub. 118 estetik cərrahi əməliyyat, 32 kosmetoloji prosedur həyata keçirilib. Şöbədə artıq kosmetoloq da fəaliyyət göstərir.

İclasın sonunda klinikanın direktoru və baş həkimi şöbələrin fəaliyyətinə dair təklif və iradlarını bildirdilər. #atutck #azerbaijan #cerrahiyye

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 10 ayın hesabatı verildi
ATU-nun Tədris Cərrahiyyə Klinikasında 10 ayın hesabatı verildi
ATU-nun Tədris Cərrahiyyə Klinikasında 10 ayın hesabatı verildi
ATU-nun Tədris Cərrahiyyə Klinikasında 10 ayın hesabatı verildi
ATU-nun Tədris Cərrahiyyə Klinikasında 10 ayın hesabatı verildi
ATU-nun Tədris Cərrahiyyə Klinikasında 10 ayın hesabatı verildi
ATU-nun Tədris Cərrahiyyə Klinikasında 10 ayın hesabatı verildi