Xəbərlər

ATU nümayəndələri Rio-de-Janeyroda konqresdə iştirak ediblər

ATU nümayəndələri Rio-de-Janeyroda konqresdə iştirak ediblər

01.11.2018

Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən beynəlxalq tədbirdə iştirak ediblər. II mama ginekologiya kafedrasının assistenti Nərgiz Şəmsəddinskaya, Tədris Cərrahiyyə Klinikasının ginekoloqu Nigar Axundova və damar cərrahı Tehran Şəmsəddinskaya XXII RİO Ümumdünya Ginekologiya və Mamalıq Konqresində ATU-nu təmsil ediblər.

N. Şəmsəddinskaya sözügedən tədbirə ötən il dəvət aldıqlarını dedi: “Təxminən bir il bundan öncə Tiflis şəhərində tədbirdə FİGO-nun keçmiş prezidenti ilə görüşdük. O bizi bu konfransa dəvət etdi. Konfrans hər 3 ildən bir keçirilir. Builki tədbir müasir ginekologiyaya aid aktual problemlərə həsr edilmişdi. Burada həm mamalıq, həm ginekoloji, həm də onkoloji problemlərdən bəhs edilirdi. Qeyd edim ki, xarici ölkələrdə təkcə ginekoloji deyil, bəzi onkoloji xəstəlikləri olan qadınlar da ginekologiya şöbəsinə müraciət edirlər”.

ATU-nun həkimləri beynəlxalq tədbirdə “Hamilə qadınlarda trombosit fəsadlar” mövzusunda posterlə çıxış ediblər. 5 gün davam edən konqresə müxtəlif ölkələri təmsil edən mama-ginekoloqlar qatılıb: “Çox şadam ki, bu konqresdə həm Azərbaycanı, həm də Tibb Universitetini təmsil etdik. O cümlədən, üç ildən bir baş tutan federasiya prezidenti seçkilərində də iştirak etdik, öz səsimizi verdik”.

Nərgiz Şəmsəddinskaya tədbir xoş bir hadisə ilə də rastlaşıb. Belə ki, orada tanış olduğu panamalı ginekoloq həkim elmi işini Bakıda müdafiə edib: “Həmin xanım Panamanın ilk mama-ginekoloqudur. Onun elmi rəhbəri mənim nənəm, mama-ginekoloq Naziyə Şəmsəddinskaya olub. Mənə nənəmin indiyədək qoruyub saxladığı şəklini də göstərdi. Təbii ki, bu məni çox fərəhləndirdi”.#atutck

ATU nümayəndələri Rio-de-Janeyroda konqresdə iştirak ediblər
ATU nümayəndələri Rio-de-Janeyroda konqresdə iştirak ediblər
ATU nümayəndələri Rio-de-Janeyroda konqresdə iştirak ediblər
ATU nümayəndələri Rio-de-Janeyroda konqresdə iştirak ediblər