Xəbərlər

11 oktyabr Ümumdünya görmə günüdür

11 oktyabr Ümumdünya görmə günüdür

11.10.2018

Gözünüz sağlam olsun!

11 oktyabr bir çox ölkələrdə Ümumdünya görmə günü kimi qeyd olunur. Bu günün qeyd olunmasının əsas məqsədi gözdən əlillik, görmə pozuntusu və reabilitasiyası problemlərinə qlobal diqqəti cəlb etməkdir.

Azərbaycan Tibb Universitetinin mütəxəssisləri göz xəstəliklərinin müayinəsi, müalicəsi ilə bağlı əhaliyə yüksək səviyyəli xidmət göstərirlər. ATU-nun Oftalmologiya kafedrası ən son texnoloji avadanlıqlarla təchiz olunub. Burada yüksək təcrübəyə malik peşəkar professor, tibb elmlər namizədi, fəlsəfə doktorları, həmçinin xaricdə təhsil alan yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərirlər.

Qeyd edək ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsində işin yüksək keyfiyyətdə görülməsi üçün imkan verən ən müasir aparatlar var. Bu cihazların köməyi ilə gözdaxili təzyiqin ölçülməsi, gözdən yad cismin çıxarılması, gözyaşı vəzisinin kanalının açılması, zəifgörmənin dərəcəsinin təyin edilməsi və s. kimi vacib problemlər həll olunur.

Klinikadakı aparatlar üstün keyfiyyətə malik və olduqca rahat istifadə olunur. Bunlar arasında ən vacibi ekzeymer lazer cihazıdır. Bu cihaz vasitəsilə İntraleyzlə ekzeymer refraktiv cərrahi əməliyyatlarının yeni üsullarla aparılmasına start verilib.

Klinikada təcrübəli və xaricdə təcrübə keçmiş həkim-oftalmoloqlar bütün növ göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bu xəstəliklərə konyuktivit, uveit, katarakta, qlaukoma, blefarvit, çəpgözlük, zəifgörmənin bütün növləri, keratit və s. daxildir.

Qeyd edək ki, ATU-nun oftalmologiya kafedrasında 30 həkim fəaliyyət göstərir. Kafedrada ümumi işçi sayı 50 nəfərə yaxındır.#atutck

11 oktyabr Ümumdünya görmə günüdür
11 oktyabr Ümumdünya görmə günüdür