Xəbərlər

ATU-da Türkiyə klinikası ilə birlikdə seminar keçirildi

01.10.2018

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasınıda “Onurğa sütununun endoskopik cərrahiyyəsi” mövzusunda seminar keçirilib. Tədbir ATU ilə Türkiyənin Bursa şəhərində yerləşən Medicabil xəstəxanası arasında olan Əməkdaşlıq Anlaşması çərçivəsində baş tutub.

Seminarın açıılışında ATU-nun neyrocərrahlıq kafedrasının müdiri Sabir Etibarlı çıxış edərək mövzunun aktuallığından və bu sahəyə dair seminarların əhəmiyyətindən danışıb.

ATU-nun neyrocərrahlıq kafedrasının assistenti, tanınmış neyrocərrah Cəmil İsgəndərov “Spinal daralmalarda azinvaziv texnologiyalar” mövzusunda mühazirə ilə çıxış edib. Medicabil xəstəxanasının aparıcı həkimi, dosent Hayati Aygün isə “Onurğa sütunu xəstəliklərinə endoskopik yanaşma: UBE (unilateral biportal endoskopiya)” adlı məruzəsi ilə seminar iştirakçılarının qarşısında çıxış edib.

Seminarda ATU-nun neyrocərrahlıq kafedrasının rezidenti Səbuhi Etibarlı “Osteoporoz mənşəli fəqərə sınıqlarında azinvaziv müalicə” metodalarına dair məruzəni səsləndirib. Seminar sual-cavab sessiyası ilə yekunlaşıb.#atutck