Xəbərlər

Dörd yaşlı uşağın böyrəyindəki daşı belə çıxartdılar

Dörd yaşlı uşağın böyrəyindəki daşı belə çıxartdılar

27.09.2018

Azərbaycan Tibb Universitetinin (ATU) klinikalarının mütəxəssisləri onlara müraciət edən xəstələrə kömək edir, müalicə zamanı ən müasir metodlardan istifadə edirlər. Bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında qeyri-adi metodla daha bir uğurlu əməliyyat aparılıb.

Uzman həkimi, uroloq Vasif İsmayıl bildirir ki, xəstə 4 yaşlı oğlandır. Ciddi ürək qüsuru ilə doğulan bu uşaq indiyə qədər bir neçə əməliyyat keçirib. Hətta bir il ərzində ancaq süni nəfəs aparatına bağlı şəkildə yaşayıb: “Ailəsinin və peşəkar həimlərin səyi nəticəsində uşaq indi sərbəst nəfəs ala bilir, inkişaf edir. Lakin onun ürək döyüntülərində yenə də ciddi narahatlıq olduğu üçün uşağa kardiostimulyator terləşdirilib. Yəni, hazırda xəstəmizin ürəyi dəri altına tikilən kənar cihazın köməyilə işləyir”.

Lakin son vaxtlar bu balacanı ayrı probem narahat edirdi. Körpənin sağ böyrəyində 8 mm ölçüsündə daş yaranıbmış. V.İsmayıl bildirir ki, böyrək daşı 3 formada çıxarıla bilərdi: “Birinci üsul –daşın kənardan qırılması (ESWL) - zərbə dalğa litotripsiyasıdır. Bu əməliyyat uşaqlarda narkozla aparılmalıdır. Bizim balaca xəstənin ürəyində kardio stimulyator olduğuna görə, bu terapiya uyğun görülmədi. İkinci metod - aşağıdan uretroskopiya ilə əməliyyat aparılmalıdır. Ancaq biz xəstənin 4 yaşında olduğunu və ürək qüsuruna görə inkişafdan nisbətən geri qaldığını nəzərə alaraq bu riskə də getmədik”.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimləri 4 yaşlı uşağın böyrəyindən daşı tamamilə fərqli üsulla çıxarıblar. Uşaq üzü üstə yatızdırılıb, onun böyrəyində çox kiçik dəlik açaraq, qələm qalınlığında alətlərlə ordakı daşı çıxarıblar. Yəni, böyrəyin qapalı daş əməliyyatı - Perkutan nefrolitotomiya əməliyyatı icra olunub. Əməliyyat yarım saat davam edib və uğurla nəticələnib. Hazırda balaca özünü yaxşı hiss edir.#atutck

Dörd yaşlı uşağın böyrəyindəki daşı belə çıxartdılar