Xəbərlər

AKADEMİK BÖYÜKKİŞİ AĞAYEVİN 90 İLLİYİ QEYD OLUNDU

AKADEMİK BÖYÜKKİŞİ AĞAYEVİN 90 İLLİYİ QEYD OLUNDU

10.09.2018

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında tanınmış cərrah, alim və pedaqoq, akademik Böyükkişi Ağayevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Konfransdan öncə tədbir iştirakçıları akademik B.Ağayevin məzarını ziyarət ediblər.

Tədbirin açılışında çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli akademik B.Ağayevin yubileyindən cəmi bir neçə ay öncə dünyasını dəyişməsindən kədərləndiyini bildirdi: “Bu günü akademik Böyükkişi Ağayevin özünün iştirakilə keçirməyi planlaşdırırdıq. Təəssüf ki, tale başqa cür gətirdi. Bu gün Böyükkişi Ağayev cismən bizimlə olmasa da, onun yaratdığı böyük məktəb, elmi-təqdiqat işləri, şagirdləri, tibb elmində qoyduğu iz, onun təşəbbüsləri - bütün bunlar Böyükkişi Ağayevin bizimlə olmasından xəbər verir”.

Akademikin həyat və fəaliyyəti haqqında geniş məlumat verən professor Gəray Gəraybəyli qeyd edib ki, Böyükkişi Ağayev 400-dən çox elmi işlərin, həmçinin üç cildlik “Cərrahi Əməliyyatlar Atlası”nın müəllifidir. Akademik B.Ağayev 1973-cü ildən son dövrə qədər Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasına rəhbərlik edib. 1980-ci ildən Azərbaycan Elmlər Akademiyasının müxbir,1989-cu ildən isə həqiqi üzvü seçilib. Rektor Gəray Gəraybəyli bildirib ki, akademik Böyükkişi Ağayev Azərbaycanda tətbiq olunan bir çox yeniliklərin banisi, korifey, alim kimi yaddaşlarda qalacaq.

Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Rəhim Əliyev bildirib ki, akademik Böyükkişi Ağayevin sadəcə adı elə liderliklə sinonimdir: “Əgər böyük bir insan həm də sadə insandırsa, o, əvvəlki böyüklüyündən də böyükdür. Böyükkişi Ağayev məhz belə bir insan kimi yaddaşlarımızda qalıb”. Nazirlik rəsmisi qeyd edib ki, B.Ağayevin Azərbaycan tibb elminin inkişafına verdiyi töhfələrin çəkisi ölçüyə sığmaz.

Azərbaycan Respublikası Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Böyükkişi Ağayevin ilk növbədə peşəkar bir cərrah kimi anılmasının vacib olduğunu bildirib: “Çünki o, tibb elmində öz dəsti-xətti, öz istiqaməti olan böyük bir alimdir. Biz onun haqqında həm də təhsil sahəsində yeniliklərin müəllifi olan bir insan kimi danışmalıyıq. B.Ağayev çoxşaxəli fəlaiyyət göstərən alimlərimizdən olub və onun adının çəkildiyi hər bir sahədə yeniliklər baş verirdi”.

Daha sonra akademik Fazil Qurbanov və Professor Südeyif İmamverdiyev də yubilyar haqqında öz xatirələrini bölüşüblər.

Akademik Böyükkişi Ağayev 1928-ci ildə Azərbaycanın Sabirabad rayonunda dünyaya göz açıb. 1944-cü ildə Azərbaycan Tibb İnstitutunun müalicə fakultəsinə daxil olub. 1954-cü ildə müsabiqə yoluyla 2-ci Moskva Tibb Institutunun cərrahiyə üzrə klinik aspiranturasına qəbul olunub. 1957-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsini aldıqdan sonra Həştərxan Tibb İnstitutunun cərrahiyyə kafedrasında assistent vəzifəsinə təyin olunub. 1960-cı ildə Bakıya qayıtdıqdan sonra Azərbaycan Elmi Tədqiqat Onkoloji İnstitutunda baş elmi isçi vəzifəsinə təyin olunub.

Elmi-pedaqoji fəaliyyəti, tibb sahəsində göstərdiyi müstəsna xidmətlər nəzərə alınaraq, B.Ağayev 1998-ci ildə “Şərəf” ordeni ilə təltif olunub. O, həmçinin Akademik M.A.Qasımov adına mükafata, Akademik M.A.Topçubaşov adına mükafata və Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına layiq görülmüşdü. 
Böyükkişi Ağayevə həsr olunmuş filmin təqdimatından sonra konfransın işi plenar iclaslarla davam edib.#atutck

AKADEMİK BÖYÜKKİŞİ AĞAYEVİN 90 İLLİYİ QEYD OLUNDU
AKADEMİK BÖYÜKKİŞİ AĞAYEVİN 90 İLLİYİ QEYD OLUNDU
AKADEMİK BÖYÜKKİŞİ AĞAYEVİN 90 İLLİYİ QEYD OLUNDU
AKADEMİK BÖYÜKKİŞİ AĞAYEVİN 90 İLLİYİ QEYD OLUNDU
AKADEMİK BÖYÜKKİŞİ AĞAYEVİN 90 İLLİYİ QEYD OLUNDU
AKADEMİK BÖYÜKKİŞİ AĞAYEVİN 90 İLLİYİ QEYD OLUNDU
AKADEMİK BÖYÜKKİŞİ AĞAYEVİN 90 İLLİYİ QEYD OLUNDU