Xəbərlər

Aktyor üzərində aparılan əməliyyat uğurla başa çatıb

Aktyor üzərində aparılan əməliyyat uğurla başa çatıb

22.06.2018

Aktyor İlham Hüseynov üzərində aparılan cərrahiyyə əməliyyatı uğurla başa çatıb. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının travmatologiya şöbəsinin müdiri, ortoped-travmatoloq Cəfər Nəsirlinin sözlərinə görə, xəstə hər iki bud çanağının anadangəlmə yetərsizliyi xəstəliyindən əziyyət çəkir: “Bir il əvvəl biz bu xəstənin bir tərəfini əməliyyat edərək, süni oynaq köçürmüşük. O hissədə artıq heç bir fəsad, hər hansı problem yoxdur. Bu dəfə xəstənin ikinci bud çanaq oynağını əməliyyat edərək, bu ayağa da süni oynaq köçürdük. Anadangəlmə bud çanağının yetərsizliyinə -  displazi xəstəliyi deyilir. Displazi nəticəsində də insanlarda artruz əmələ gəlir və bu da hərəkət mədudluğuna səbəb olur. Xəstənin yeriməyində ciddi problemlər yaranır və axsama başlayır. Ona görə də  biz oynağı dəyişərək, süni oynaq qoyduq”.

Doktor Cəfər Nəsirlinin bildirdiyinə görə, əməliyyat təxminən 40 dəqiqə çəkib. Hazırda xəstənin vəziyyəti yaxşıdır.

Qeyd edək ki, aktyor İlham Hüseynov son vaxtlar “Vicdan haqqı” serialındakı obrazı ilə gündəmə gəlib.