Xəbərlər

ATU-da I “Ginekologiyada yeniliklər” simpoziumu keçirilib

ATU-da I “Ginekologiyada yeniliklər” simpoziumu keçirilib

29.06.2018

Bu gün Azərbaycan Tibb Assosiasiyasının (ATA) Ginekologiya Dərnəyi tərəfindən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında “Ginekologiyada yeniliklər” adlı birinci simpozium keçirilib. Tədbirin açılışında çıxış edən ATU-nun TCK-nın direktoru, Prof Surxay Hadıyev simpoziumun işinə uğurlar diləyib. O bildirib ki, belə tədbirlərin keçirilməsi çox önəmlidir: “Bu tədbir həm müasir tibbdə olan yeniliklər, həm də fikir mübadiləsinin aparılması baxımından çox zərururidir. Bizim klinikamızda şöbələrin ayrl-ayrılıqda simpoziumlar, tədbirlər keçirməsi, olduqca sevindirici haldır”.

Simpoziumda hamiləliyə əngəl olan qlobal xəstəliklər müzakirə olunub. Klinikanın aparıcı mütəxəssisləri - Prof İslam Mahalov və II-ci mama ginekologiyanın şöbə müdiri Turab Canbaxışov endometriozis və uşaqlığın miomaları haqqında geniş məlumat veriblər. Qeyd olulub ki, hamilə qala bilməyən qadınların 30-40%-də məhz bu xəstəliklər aşkar olunur.

Tədbirdə patologiyaların erkən diaqnostikası, müasir müalicə üsulları və sonrakı dövrdə profilaktik tədbirlər müzakirə edilib və iştirakçılar tərəfindən böyük maraq doğurub. Belə elmi və maarifləndirici tədbirlərin hər ay keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, tədbir Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiyadan keçib və simpoziuma 3 davamlı tibbi təhsil kredit vahidi verilib.