Xəbərlər

Amerikada rezidentura təhsili almaq istəyən tələbələr üçün seminar keçirilib

Amerikada rezidentura təhsili almaq istəyən tələbələr üçün seminar keçirilib

28.03.2018

Martın 27-də transplantoloq-cərrah Rauf Şahbazovun rəhbərlik etdiyi Azərbaycan-Amerika Tibb Assosiasiyası ATU-nun Tədris Cərrahiyyə Klinikasında növbəti seminarını keçirib. Seminarda universitetin tələbələri iştirak ediblər. Assosiasiyanın Bakı koordinatorları Məhinbanu Məmmədli və Elmira Cumazadə seminarın məqsədi ilə bağlı “Təbib” qəzetinə açıqlama verib. Onların sözlərinə görə, məqsəd Amerikada rezidentura təhsilini davam etdirmək istəyən universitet tələbələrini USMLE imtahanlarının verilməsi qaydaları ilə bağlı ətraflı məlumatlandırmaq, motivasiyalandırmaqdır: “Amerikada təhsil aldıqları müddət ərzində elmi-tədqiqat işlərini aparmaq, klinik təcrübəni keçməyin yolları və s. ilə bağlı tələbələrdə geniş təəssürat və təsəvvür yaratmaq niyyətindəyik. Bu, ilk görüş deyil. Tələbələrimiz bu barədə məlumat əldə ediblər.” Kordinator həmçinin tələbələrə məlumat dəstəyinin verilməsi ilə yanaşı, Assosiasiya tərəfindən ABŞ-da yüksək balla qəbul olan tələbələrdən birinə təqaüd veriləcəyinin planlaşdırıldığını da qeyd edib. Assosiasiyanın üzvü və Nyu York şəhərində yerləşən Jamaika hospitalının həkimi Anar Qocayev iştitrakçılarla yaxından tanış olduqdan sonra Amerikada əcnəbilərin necə təhsil alması və USMLE imtahanın qaydaları barədə ətraflı məlumat verdi. Bu, iştirakçılar tərəfindən maraqla qarşılandı. Seminar sual-cavab və geniş dissklusiya şəraitində başa çatdı.