Xəbərlər

Rezidentlərə bacarıqların artırılması məqsədi ilə kurs keçirilib

Rezidentlərə bacarıqların artırılması məqsədi ilə kurs keçirilib

12.02.2018

ATU-nun Cərrahiyyə Klinikasında rezidentlərərin cərrahi bacarıqlarının artırılması məqsədi ilə Cərrahi xəstəliklər kafedrasının baş laborantı Azər Hümbətovun təşkilatçılığı ilə kurs keçirilib.

A.Hümbətovun bildirdiyinə görə, kurs üç hissədən ibarət olub. İlkin mərhələdə rezidentlərə cərrahın alətlərlə işləmə qaydaları - düyünlərin bağlanması, tikişlərin qoyulması və cərrahi alətlərlə tanışlıq: “İkinci hissədə bacarıqların artırılması vərdişləri yaş toxumalar üzrində həyata keçirilib. Yaş toxuma əsasən xüsusi ət parçalarından hazırlanıb, atiroma maketi yaradlılıb. Dəridə kəsiklərin aparılması, dəri tikişlərinin qoyulması, dərialtı aksislərin açılması və drenajı əməliyatı, bağırsaqlar üzərində anostomozun qoyulması və s. öyrədilib”.

Baş laborantın bildirdiyinə görə, hazırda kursun sonuncu mərhələsidir. Bu hissədə isə təməl laparoskopik bacarıqlar öyrədilir. Yəni ilkin olaraq laparoskopik alətlərlə tanışlıq, laparoskopik endoskop üzərində tikişlərin qoyulması və bağlanılması və s. öyrənilir. Onun sözlərinə görə, I kurs rezidentlərinin bu kursu keçməsi olduqca vacibdir. Rezidentlər bu vərdişlərə yiyələnəndən sonra onların cərrahi əməliyatlarda iştirakı təmin olunacaq.

Rezidentlərə bacarıqların artırılması məqsədi ilə kurs keçirilib
Rezidentlərə bacarıqların artırılması məqsədi ilə kurs keçirilib
Rezidentlərə bacarıqların artırılması məqsədi ilə kurs keçirilib