Xəbərlər

ATU-da “1-ci Alman-Azərbaycan Radioloji və Neyroradioloji simpoziumu” keçirilib

ATU-da “1-ci Alman-Azərbaycan Radioloji və Neyroradioloji simpoziumu” keçirilib

05.11.2017

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “1-ci Alman-Azərbaycan Radioloji və Neyroradioloji simpoziumu” keçirilib.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev simpoziumu açıq elan edib və hər kəsə uğurlar diləyib: “Cənab prezident Azərbaycanın səhiyyə sahəsinə daim diqqət və qayğı göstərir. Bu qayğı nəticəsində səhiyyəmiz çox inkişaf edib, xeyli müsbət addımlar atılır. Bu simpoziumun keçirilməsi də tibb sahəsi üçün olduqca faydalıdır. Bu gün burada həqiqətən də öz sahəsində tanınan, bilikli şəxslər bir araya gəlib. Simpoziuma işinə uğurlar diləyirəm”.

Daha sonra ATU-nun Neyrocərrahiyyə kafedrasının müdiri, professor Sabir Etibarlı çıxış edərək, simpoziumun önündə duran məsələlər haqqında məlumat verib.

Simpoziumda Ruslan Əliyev “Endovaskulyar anevrizmalarda müalicə növləri”, Coşqun Məmmədov “Stroke xəstələrdə endovaskulyar terapiya”, t.e.d. Nuran Abdullayev “Tumor xəstələrinin Staging-ində müasir təkminləşmələr – müasir diaqnostika”, Volker Maus “Neyroradioloji diaqnostika metodları və əhatəli Stroke diaqnostikası”, prof. Anastasios Mlotsaris “Alman Stroke Mərkəzi modeli və təşkili” və s. mövzularda mühazirələrlə çıxış ediblər.