Xəbərlər

“Ən çox burundakı problemlərlə bağlı şikayətlər olur”

“Ən çox burundakı problemlərlə bağlı şikayətlər olur”

02.11.2017

LOR həkimləri yeni sistemə keçir

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında fəaliyyət göstərən şöbələrdən biri də burun-boğaz (LOR) şöbəsidir. Şöbənin həkimi Murad Şıxəliyev sözlərinə görə, burada bütün LOR xəstəlikləri qrupuna aid olan cərrahi və qeyri-cərrahi metodlarla müalicə olunan xəstəliklər müalicə olunur.

“Azərbaycanda ilk dəfə olaraq koxlear implant əməliyyatını icra etdik. 2010-cu ilin sentyabrında ölkəmizdə ilk dəfə olaraq biz bu əməliyyatı icra etməyə başladıq. Bununla da onlarla uşağın eşitməsini bərpa edə bilib onlara və ailələrinə sevinc bəxş etdik. İndinin özündə də bu əməliyyat şöbəmizdə uğurla icra olunur”.

Yeniliklərə gəlincə, M.Şıxəliyev sözlərinə görə, hazırda qərb dövlətlərində baş-boyun sahəsində olan bütün xəstəlikləri, hətta bədxassəli törəmələrin götürülməsi də LOR cərrahları tərəfində müvəffəqiyyətlə icra olunur. Azərbaycanda da bizim həkimlərimiz bu sistemə keçmək üzrədirlər: “Hazırda ən çox müraciət olunan xəstəliklər qrupuna birmənalı olaraq burunla bağlı şikayətləri göstərə bilərik. İstər uşaq yaş qrupları, istərsə də böyük yaş qrupları arasında məhz burundakı problemlə bağlı müraciətlər çox olur. Biz də həmin problemləri həll edib xəstələrin qısa müddətdə sağlamlığına qovuşması çün əlimizdən gələni edirik”.