Xəbərlər

ATU nümayəndəsi Moskvada keçirilən konfransda iştirak edib

ATU nümayəndəsi Moskvada keçirilən konfransda iştirak edib

24.10.2017

Elmar Şərifov ROSOMED-2017” qurultayı və “ROSMEDOBR-2017” konfransına qatılıb

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Tədris Treninq Mərkəzinin rəhbəri t.ü.f.d., Elmar Şərifov Tibbdə simulyasion tədris üzrə Rusiya Cəmiyyəti - “ROSOMED-2017”-nin VI qurultayında iştirak edib. Moskvaya səfər zamanı E.Şərifov həmçinin “ROSMEDOBR-2017. Təbabətdə innovasion tədris texnologiyaları” mövzusunda VIII Beynəlxalq Konfransa da qatılıb.

“ROSMEDOBR-2017. Təbabətdə innovasion tədris texnologiyaları” VIII Beynəlxalq Konfransı Rusiya Federasiyasının Səhiyyə Nazirliyi, Milli Tibbi Palata, Seçenov Universiteti və Tibbdə simulyasion tədris üzrə Rusiya Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. Konfransda Rusiya, MDB və xarici ölkədən gələn 700-dək mütəxəssis iştirak edib. “ROSOMED-2017”nin VI qurultayı Moskvanın “İnfopronstranstvo” Sərgi mərkəzində keçirilib.

E.Şərifovun sözlərinə görə, konfransın açılışında Rusiya Milli Tibbi Palatasının Prezidenti Leonid Mixayloviç Roşal çıxış edib. Plenar iclasda “Ali məktəb məzunlarının və ordinatorların (rezidentlərin) akkreditasiyası. Fasiləsiz tibbi təhsil” mövzusunda çıxışlar olub. Konfransın keçirildiyi günlər ərzində paralel olaraq mühazirələr, dəyirmi masa ətrafında müzakirələr, mastre klasslar da keçirilib.

Konfrans boyunca mamalıq-ginekologiya, perinatologiya, anesteziologiya-reanimasiya, cərrahiyyə, terapiya, stomatologiya, tibb bacısı işi və s. sahələr üzrə seksiyalarda simulyasion və virtual texnologiyaların tədrisə tətbiqi barədə mühazirələr oxunulub. Müxtəlif ali tibb müəssisələrinin, o cümlədən Böyük Britaniya, Danimarka, ABŞ Universitetlərinin təcrübələrinin nəticələri konfrans iştirakçılarına prezentasiyalar vasitəsilə nümayiş etdirilib.

Dəyirmi masalarda da eyni mövzular üzrə ordinatura (rezidentura) məzunlarının təhsilində və akkreditasiyasında simulyasion texnologiyaların tətbiqinə dair fikir mübadiləsi aparılıb. Diskussiyanın gedişində hər bir sahə üçün yaradılmış işçi qrupların illik fəaliyyətinə dair hesabatlar dinlənilib, müzakirələr aparılıb. Rusiya Federasiyasında ilk ordinatorların (rezidentlərin) 2018/2019-cu tədris ilində məzun olacağını nəzərə alaraq, həmin dövrə qədər simulyasion texnologiyalardan istifadə etməklə ordinatorların attestasiyası və akkreditasiyası üçün vahid proqramın tərtibi və OSKİ imtahanlarının təşkili məsələsinin başa çatdırılması qarşıya məqsəd qoyuldu. 
Master-klasslar əsasən tədrisdə istifadə olunan innovasiyalı simulyasiya texnologiyalarının, virtual xəstə, müayinə diaqnostik simulyatorların və s. proqram təminatı, istifadə qaydası, biliklərin qiymətləndirilmə prinsiplərini özündə əks etdirən praktik bacarıqların nümayişinə həsr olunub. Aparıcı şirkətlərin simulyasion texnologiyalarının özəllikləri master klasslarda nümayiş etdirildi. Burada sadə diaqnostik simulyatorlardan (palpasiya, perkusiya, auskultasiya, EKQ, USM, KT, MRT) tutmuş, mürəkkəb əməliyyatların simulyasiyasına qədər müxtəlif texnologiyalar nümayiş etdirilirdi.

ATU nümayəndəsi E.Şərifovun sözlərinə görə, konfrans keçirilən binada innovasion texnologiyaların sərgisi üçün geniş sahə ayrılıbmış: “Burada dünyanın aparıcı ölkələrinin, eləcə də Rusiya istehsalı olan geniş çeşidli simulyasion avadanlıqlar, virtual xəstələr, robot-xəstələr, fantomlar və s. nümayiş etdirildi. Bu innovasion simulyasion texnologiyalar böyük kataloqlarda kitab şəklində cəmləşdirilmiş və konfrans iştirakçılarına təqdim edildi». 
Konfransın yekununda keçirilən son plenar iclasda “Tibbi təhsilin perspektivləri. 2018-ci il üçün qarşıya qoyulan vəzifələr” mövzusunda yekun çıxışlar səsləndirilib. Konfrans oktyabrın 5-də işini yekunlaşdırıb.

ATU nümayəndəsi Moskvada keçirilən konfransda iştirak edib
ATU nümayəndəsi Moskvada keçirilən konfransda iştirak edib
ATU nümayəndəsi Moskvada keçirilən konfransda iştirak edib