Xəbərlər

Tam ağrısız stomatoloji xidmətlər

Tam ağrısız stomatoloji xidmətlər

20.10.2017

Respublikamızda ilk dəfə olaraq Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə və Tədris-Stomatoloji Klinikalarında bütün növ stomatoloji yardımlar tam ağrısızlaşdırma (narkoz) altında aparılır.

Bütün bu stomatoloji yardımlar professor Çingiz Rəhimovun rəhbərliyi altında təcrübəli anestezioloqların iştrakı ilə keçirilir.

Qeyd edək ki, Tibb Elmləri Doktoru, professor Çingiz Rəhimov 38 illik peşə təcrübəsinə malikdir. 36 yaşında öz ixtisası üzrə keçmiş Sovetlər İttifaqında ən gənc tibb elmləri doktoru adına layiq görülüb. 100-dən çox elmi işin, 3 monoqrafiyanın, 2 ixtiranın, 4 səmərləşdirici təklifin müəllifidir. 10 tibb elmlər namizədi hazırlayıb. Hazırda onlarla gənc mütəxəssis onun rəhbərliyi altında elmi-tədqiqat işləri aparır.