Xəbərlər

ATU-da

ATU-da "Beynəlxalq həkim günü”nə həsr olunmuş tədbir keçirilib

03.10.2017

Hər il oktyabr ayının 3-də dünyanın bir çox ölkələrində Beynəlxalq həkim günü qeyd olunur. Bu gün dünya həkimlərinin həmrəylik və aktiv fəaliyyətlər günü hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və “Sərhədsiz həkimlər” beynəlxalq tibbi-humanitar təşkilatı bu bayramın təşəbbüskarları kimi çıxış ediblər. Bu peşə bayramında tibb sahəsində dair müxtəlif seminarlar, sərgi və təqdimatlar keçirilir.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında da "Beynəlxalq həkim günü”nə həsr olunmuş tədbir keçirilib. Toplantıda ATU-nun Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahiyyə şöbəsinin müdiri, professor Mübariz Əliyev çıxış edərək gələcək həkimlərə ATU haqqında geniş məlumat verib: “Azərbaycan Tibb Universiteti - minlərlə tələbəni öz ətrafında birləşdirən, əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, elmi işçilər yetişdirən təhsil və elm ocağıdır. Azərbaycan Tibb Universiteti hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanaları, xəstəxana və klinikaları ilə Azərbaycanın ən iri təhsil və elm ocaqlarından biridir. Universitetimizin 4 klinikası fəaliyyət göstərir. Bu klinikalar sayəsində sizlər, həm praktika həm dərslərinizi canlı klinika şəraitində keçə bilirsiniz. Universitetdə bu cür şəraitin yaradılmasında dövlətin və xüsusi olaraq səhiyyə sahəsinə qayğısını əksiltməyən prezidenti cənab İlham ƏLiyevin rolu böyükdür”.

Professor Mübariz Əliyev Beynəlxalq Həkim gününün mahiyyəti və əhəmiyyəti haqqında da danışıb. Qeyd edib ki, bu gün bütün dünya həkimlərinin həmrəylik və birliyi nümayiş etdirilir. Bunu həm də tibb dünyası, sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirmə günü kimi də vurğulamaq olar.

ATU-da
ATU-da