Xəbərlər

Azərbaycanın damar cərrahları beynəlxalq konqresdə uğurlarımızdan danışıblar

Azərbaycanın damar cərrahları beynəlxalq konqresdə uğurlarımızdan danışıblar

07.07.2017

Bu günlərdə Portuqaliyanın Portu şəhərində Avropa Venoz Forumunun XVIII konqresi keçirilib. Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının professoru Məhəmməd Kərimov da iştirak edib.

M. Kərimovun sözlərinə görə, Avropa Venoz Forumu dünyada çox böyük reytinqi olan və öz sıralarında nəinki Avropanın, həmçinin Amerika, Yaponiya, Avstraliyanın damar cərrahlarını birləşdirən möhtəşəm birlikdir. Flebologiya sahəsində ən son yeniliklər, demək olar ki, ilk dəfə burada məruzə və müzakirə olunur. Bu dəfəki konqres də flebologiyanın bütün sahələrini əhatə edən dəyərli çıxışlar, posterlərlə zəngin olub. Azərbaycan damar cərrahiyəsinin uğurları da konqresdə səslənib.

Tədris Cərrahiyyə Klinikasının professorunun sözlərinə görə, çıxışlarda daha çox varikoz xəstəliyi, onun müasir müalicə üsullarının müqayisəli analizi, hər bir metodun ən kiçik aspektləri belə müzakirə mövzusu olub, strateji hədəflər müəyyən edilib. Tromboz və tromboflebitlər də diqqət mərkəzində olub. Onların profilaktikası, vaxtında diaqnostikası müasir tək və çox komponentli müalicə üsulları geniş müzakirə olunub. Damarların anadangəlmə xəstəlikləri (malformasiyalar), limfostaz problemləri də diqqətdən kənarda qalmayıb. Bu sahədə də ən son tədqiqatların nəticələri barədə məlumatlar verilib: 
“Konqresin, iştirakçılar üçün çox faydalı oldugunu xüsusi qeyd etmək istərdim. Belə ki, tezliklə klinikamızda flebologiyanın bütün sahələrini əhatə edən yeniliklərdən pasiyentlərtimiz də faydalana biləcək”.

#atutck #azerbaijan #azerbaycan #baku2017 #bakutoday #beynelxalq#konqres #forum #flebologıya