Xəbərlər

Xəstəxanadaxili infeksiyalarla mübarizədə Avropa standartları

Xəstəxanadaxili infeksiyalarla mübarizədə Avropa standartları

08.06.2017

ATU-nun Tədris Cərrahiyyə Klinikasında alman şirkətinin bu mövzuda təqdimatı olub

Müasir klinikalar, tibb ocaqlarında xəstələrin şəfa tapması üçün hər cür şərait var. Lakin bura müalicə mərkəzi olmaqla yanaşı, həm də müxtəlif xəstələr tərəfindən gətirilən infeksiyalar düşə bilər. Bu baxımdan, xəstəxanaların dezinfeksiyası üçün ciddi və etibarlı metodlardan istifadə olunması böyük önəm daşıyır.

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında keçirilən seminar məhz bu mövzuya həsr olunmuşdu. “ST Company” MMC tərəfindən təşkil olunan tədbirdə klinika işçiləri üçün xəstəxanadaxili infeksiyalarla mübarizə üsullarından bəhs edilib.

Dezinfeksiya məhsullarının dünya səviyyəsində tanınmış istehsalçı olan Almaniyanın “Dr.Schumacher” GmbH şirkətinin Azərbaycanda rəsmi distribütoru “Tural Medikal” Azərbaycanda xəstəxanadaxili infeksiyalarla mübarizə tədbirlərinin təkmilləşdirilməsi məqsədilə respublikanın müxtəlif aparıcı xəstəxanalarında bu mövzuda seminarlar təşkil edir. 
ATU-nun Tədris Cərrahiyyə Klinikasında da bu qəbildən “Tibb müəssisələrində xəstəxanadaxili infeksiyaların profilaktikası: dezinfeksiya və sterilizasiya” mövzusunda tədbir keçirildi. Tədbirdə tibbi təyinatlı alətlərin, o cümlədən endoskopların istifadədən sonra zərərsizləşdirilməsinin Avropa standartlarına uyğun metodikası, xəstəxanadaxili infeksiyaların profilaktikasında dezinfeksiya və sterilizasiyanın istiqamətləri və rolu, dezinfektant seçimi zamanı əsas kriteriyalar, “Dr.Schumacher” GmbH şirkətinin məhsulları timsalında dezinfektantların işçi məhlullarının düzgün hazırlanması və istifadə qaydaları haqqında məlumat verildi.

Seminarda “Dr.Schumacher” GmbH şirkətinin Türkiyə təmsilcisi Aslı Özbiber çıxış edərək iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Xəstəxanadaxili infeksiyalarla mübarizədə Avropa standartları
Xəstəxanadaxili infeksiyalarla mübarizədə Avropa standartları
Xəstəxanadaxili infeksiyalarla mübarizədə Avropa standartları