Xəbərlər

ATU Tədris Cərrahiyyə Klinikasında maraqlı əməliyyat

ATU Tədris Cərrahiyyə Klinikasında maraqlı əməliyyat

07.06.2017

Professor Mübariz Əliyev: “Bu, mənim praktikamda 200-cü belə əməliyyatdır”

ATU-nun Tədris Cərrahiyyə Klinikasında “Laporoskopik Nissen üsulu ilə Fundoplikasiya” adlı maraqlı əməliyyat həyata keçirilib. Əməliyyat zamanı xəstə qadının diafraqma dəliyinə girən mədə ordan çıxarılaraq yerinə qaytarılıb.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahiyyə şöbəsinin müdiri, professor Mübariz Əliyev deyir ki, bu üsulla aparılan əməliyyat çox effektivdir və yan təsirsiz ötüşür: “60 yaşlı qadın xəstəmiz 10 ildir ki, diafraqmanın qida borusu dəliyinin yırtığı və refluks eroziv ezofagit xəstəliyindən əziyyət çəkir. Yəni, mədə gedir diafraqma dəliyinə girir və diafraqmanın üstünə çıxır, boğulur və pasiyentə ağrı verir. Belə olanda, xəstə hər hansı bir yükü qaldıranda ağrılar baş qaldırır. Bundan əlavə mədə şirəsi qida borusuna keçir və buorunun selikli qişasını yandırdığına görə, qıcqırma yaranır, qida borusunda erroziyalar əmələ gəlir və nəticədə Barret xəstəliyi yaranır”.

M.Əliyev deyir ki, Barret xəstəliyi xərçəngə çevrilə biləcək bir azardır. Xəstəlik zamanı qida borusunun selikli qişası turşunun təsirilə dəyişir. Bu dəyişiklik gələcəkdə xərçəngə çevrilə bilər: “Bu dəfə əməliyyat etdiyimiz xəstə 3-4 il ərzində müalicə olunsa da, effektini görməyib. Ona görə cərrahi əməliyyata əl atmalı olduq. Əməliyyat üçün 3 göstərici əsasdır və bu göstəricilərdən hər hansı biri varsa, onda əməliyyst mütləqdir. Bunlardan birincisi, Barret xəstəliyinin olması, ikincisi, dərman müalicəsinin effektsizliyi və nəhayət, yırtığın olması. Bizim xəstədə isə bu 3 göstəricədən hamısı var idi, ona görə də əməliyyatı icra etdik. Bu, mənim praktikamda 200-cü belə əməliyyat idi”.

Qeyd edək ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının peşəkar cərrahlar komandası bu və digər əmliyyatları uğurla icra edir. Professor M.Əliyevin sözlətinə görə, Bbarret xəstəliyi zamanı aparılan əməliyyatlar laporoskopik şəkildə icra edilir. Əməliyyat bir saat davam edir və pasiyent 2 günə evə buraxılır.

ATU Tədris Cərrahiyyə Klinikasında maraqlı əməliyyat
ATU Tədris Cərrahiyyə Klinikasında maraqlı əməliyyat
ATU Tədris Cərrahiyyə Klinikasında maraqlı əməliyyat
ATU Tədris Cərrahiyyə Klinikasında maraqlı əməliyyat