Xəbərlər

İlk dəfə ATU-da keçirilən OSKİ imtahanlarının özəllikləri

İlk dəfə ATU-da keçirilən OSKİ imtahanlarının özəllikləri

05.06.2017

Diplom alacaq məzunların hamısı bu bacarıqlara sahib olmalıdır

Azərbaycan Tibb Universitetində (ATU) yekun dövlət attestasiya imtahanlarına start verilib. Bu gün ATU-nun Müalicə-profilaktika fakültəsində də məzun olmağa hazırlaşan tələbələr imtahana qatılıblar.

ATU-nun təhsilin keyfiyyətinə nəzarət və innovasiya şöbəsinin müdiri, professor Akif Qurbanov bildirir ki, bütün universitet , o cümlədən Müalicə-profilaktika fakültəsində yekun dövlət attestasiya imtahanları 2 mərhələdə keçirilir: “Birinci mərhələdə tələbələr bacarıq imtahanlarından keçirlər. Bu mərhələdə tələbələr 3 fənndən imtahan verirlər: cərrahiyyə, terapiya (daxili xəstəliklər) və mamalıq-ginekologiya. Bacarıq imtahanları yeni Obyektiv Strukturlaşmış Klinik İmtahan (OSKİ) imtahan üsulu ilə aparılır. Azərbaycan Tibb Universiteti olaraq ön ildən bu imtahan növünə keçmişik. Amma bu il artıq bu üsulu daha da təkmilləşmiş formada aparırıq”.

OSKİ imtahanları zamanı hər fənn üzrə tələbələr 10 bacarığa sahib olduqlarını nümayiş etdirməlidirlər. Bu zaman müəllim tərəfindən onların bacarığı müvafiq olaraq qiymətləndirilir. A.Qurbanovun sözlərinə görə, bunun üçün uzun müddətli hazırlıq işləri aparılıb: “Bu məqsədlə bacarıqların siyahısı hazırlanıb, bacarıqlara müvafiq rəhbərliklər hazırlanıb. Hər bir bacarıq xüsusi “məntəqə” adlandırılan yerlərdə soruşulur. Biz həmin məntəqələri xüsusi olaraq həmin bacarıq imtahanı üçün təchiz etmişik və imtahan götürəcək müəllimlərlə, həm də tələblərlə bununla bağlı təlimlər aparmışıq”.

Akif Qurbanovun sözlərinə görə, hər bir imtahanda 10 bacarıq yoxlanılır. Hər bacarığa uyğun 1 məntəqə yaradıldığından, imtahanda 10 məntəqə fəaliyyət göstərir: “Beləliklə, istər daxili xəstəliklər,istər cərrahiyyə, istərsə də mamalıq-ginekologiya fənləri üzrə 10 məntəqə fəaliyyət göstərir. Tələbə 1-ci məntəqədən başlamaqla hər bir məntəqədə inmtahanı verib digərinə keçir. Hər məntəqədə bacarığın icrasına 3 dəqiqə vaxt verilir”.

ATU rəsmisi bildirir ki, imtahan üçün bacarıqlar müvafiq sahənin mütəxəssisləri və müəllimlər tərəfindən hazırlanıb: “Bu bacarıqların hamısı ümumi həkim bacarıqlarıdır. Yəni, mama-ginekoloq və ya cərrəhiyyə sahəsi üzrə xüsusi ixtisaslaşmış bacarıq yoxdur. Həkim diplomu alacaq məzunlarımız bu bacarıqlara sahib olmalıdırlar”.

Qeyd edək ki, imtahanlar iyunun 2-dən start götürüb. Tələbələr müvafiq fəndən bacarıq imtahanını verdikdən sonra test üsulu ilə nəzəri imtahanlarına keçid alırlar. Professor Akif Qurbanov deyir ki, OSKİ imtahanları beynəlxalq standartlara cavab verən bir sınaq üsuludur: “Dünyanın əksər ölkələrinin tibb universitetlərində, eləcə də digər universitetlərdə bu bacarıq imtahanları təbliğ olunur. Bu gün əminliklə deyə bilrik ki, Azərbaycanda tibb təhsilinə bu imtahanı ilk dəfə biz gətirdik. Artıq həm müəllimlər, həm də tələbələr bu imtahan üsulunu dəstəkləyirlər”.