Xəbərlər

ATU tələbələri sağlam həyat tərzini təbliğ edirlər

ATU tələbələri sağlam həyat tərzini təbliğ edirlər

20.05.2017

Mayın 20-də Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrinin təsis etdiyi “Sağlam Həyat Assosiasiyası”nın təşkilatçılığı ilə “Sağlamlığa Kompleks yanaşmanın tibbi əsasları” adlı elmi-praktiki konfrans keçirilib.

300 nəfərin iştirakı ilə keçirilən konfransda Mərkəzi Klinik Xəstəxanın baş həkimi, tibb elmləri doktoru, kardiocərrah Kamran Musayev “Kardiovaskulyar təbabətdə deontoloji problemlərə aktual yanaşma”, ATU-nun dermatovenerologiya kafedrasının dosenti, tibb elmləri namizədi Elşad Novruzov “Gənclik sızanaqları – Akne vulqaris”, ATU-nun həkim-dietoloqu Leyla Zülfüqarlı “Obezite. Piylənməyə səbəb olan milli xüsusiyyətlərimiz”, ATU-nun uroloq-cərrahı Vasif İsmayıl "Qocalan orqanizmdə uroloji əhəmiyyət kəsb edən dəyişikliklər", Modern Hospitalın baş həkimi Bariatrik-cərrah, Taryel Ömərov “Piylənmənin cərrahi müalicəsi”, Neyrocərrah, Milana Hospitalın həkimi Dr.Əliosman Qədimbəyli - "Disk yırtıqlarında müasir cərrahi taktikalara baxış" mövzularında məruzələrlə çıxış ediblər. Aktual mövzularda olan məruzələr iştirakçılar və tələbələr tərəfindən böyük maraqla qarşəlandı.
“Sağlam Həyat Assosiasiyası” ATU-nun tələbələri Rauf Vəliyev, Məhəmməd Məmmədov və Vüqar Xəlilli tərəfindən təsis edilib.

Təşkilatın məqsədi cəmiyyətə düzgün həyat tərzinin aşılanması, gənclərin fiziki və əqli cəhətdən sağlam formalaşması, sağlam qidalanmanın təbliği ilə bağlı maarifləndirmə işinin təşkili və s. ibarətdir. Qeyd edək ki, ATU tələbələri hələ təşkilatlanmazdan öncə də sağlam həyat tərzinə dair maarifləndirmə işlərində, müxtəlif təşəbbüslərdə iştirak ediblər.